67 syf.
4/10 puan verdi
Çingiz Aytmatov "Cemile" (spoıler var)
Əsərə çox böyük ümidlərlə başlasam da xəyal qırıqlığı yaşadığımı deməliyəm... Ümumiyyətlə "Cəmilə" əsərindən əvvəl "Toprak ana" əsərində Aliman obrazının yoldaşı müharibədə şəhid olduqdan sonra onu yeni eşq macəralarına atmağa çalışan , hətda obrazımıza haqq qazandıraraq bir başqasından hamilə saxlayıb , öldürdüyündən (əlbəttdə
Cemile
CemileCengiz Aytmatov · Elips Kitap · 200532,8bin okunma
80 syf.
8/10 puan verdi
·
Beğendi
·
9 saatte okudu
Qorxu
Ayıb- utanc verici, ayıb bir hərəkətin yaratdığı qorxudan danışılır kitabda. Haqqında çox eşitdiyim, çoxdandı oxumaq istədiyim, amma, düşmənimə belə arzulamadığım bir mövzunu ələ alır əsər. Əsər bizə insanların kiçik problemlərə ehtiyac duyduğunu deyir, yoxsa həyatında hər şey qaydasında gedən İ həyatına rəng, maraq qatmaqçün xeyli tanınmış, dövlətli həyat yoldaşını bir məşuqla aldatmazdı. Mənə görə təmiz həqiqətlərdən ibarət idi əsər. İnsanlar səhv olduğunu bildiyi halda bir iş gördükdə bunun yaradacağı fəsadları düşünmür. Mən mərkəzçilik buna icazə vermir. Etdiklərinin daha dərindən fərqinə vardığında əvvəl özlərindən utanmağa başlayırlar, daha sonra bu utancın necə qarşılanacağını düşünüb qorxu yaradarlar içlərində haqlı olaraq. Pesonajımız olan İ tutduğu bu pis əməldən (xəyanət) şantaj olunmağa başladığı vaxtı utanıb, qorxmağa başlayır. Əsərdə onun çəkdiyi iztirablardan danışılır. Hətta bir yerdə Sveyq İ'nin bu qorxu və utanc hissiylə bərabər bunu gizlətməyə çalışmasını qəhrəmanlıq adlandırır. Yəni həm bu hissləri keçirdib, həm bütün ətrafından gizlətməyini nəzərdə tutur. Bir hissəni xususilə sevdim. Biriləri sizə bir etiraf edirsə əslində özünü qurtarmış olur çəkdiyi iztirablardan (tam olaraq belə yazılmasada bu mənaya gəldiyini düşünürrəm). Cəza nə olursa olsun məlumdu nə vaxt bitəcəyi olsun, nə olacağı olsun. Əsas olan o qorxu və utancı içindən atmaqdır. Ondan təmizlənməkdir. Bu mövzuda saatlarla danışdığım olub amma burda onu etmiyəcəm. Bir nəfəsə oxuyacağınız tövsüyə olunan bir kitabdı. Xoş mütaliələr.
Korku
KorkuStefan Zweig · Romans Yayınları · 2019104bin okunma
Reklam
400 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
"Çalıquşu" Reşat Nuri Güntekindən oxuduğum birinci kitabdı. Bəlkə də ən sevdiyim kitabı olacaq. Bu kitabla yazıçının necə böyük qələm sahibi olduğunu müşahidə etdim. Əsərin əvvəlləri çox axıcı və maraqlı idi, sonlarına yaxın isə insan istər-istəməz duyğulanır. Əsas da Kamran və Fəridənin 10 ildən sonra bir-birlərini yenidən gördükləri hissə... Əsərdə Əsas qəhrəmanlar Fəridə və Kamrandı. Fəridə Nişanlısı Kamranın ona xəyanət etdiyini öyrənib heç kimə xəbər vermədən uzaq yerlərə gedib müəllimlik edir. Kamrana nifrət etdiyini desə də qəlbində hələ də o saf məhəbbəti daşıyır, ona sadiq qalır. Kamrana qarşı olan məhəbbət qığılcımı heç vaxt sönmür. Fəridənin timsalında məhəbbətinə sədaqətini qoruyan əsl türk qadını obrazını görürük.. Əsər güclü qadın Fəridənin dili ilə nəql olunur, çox maraqlı idi, sonda Fəridə layiq olduğu xoşbəxtliyə çatırmı? Cavab əsərdə))
Çalıquşu
ÇalıquşuReşat Nuri Güntekin · Kitab Klubu Nəşriyyat · 2006102,8bin okunma
352 syf.
10/10 puan verdi
·
Beğendi
Əsər çağdaş dovrumuzle çox sesleşir...Biz çox vaxt əks cinsin nümayəndələrini xəyanət etmiş goruruk.Amma təssüf ki ,mən bu əsərdə öz hemcinsimin iyrənc xeyanetlerinin şahidi oldum!!Kübar həyata atılmaq istəyən ,yalnız kilseni güllərə ,musiqini sevgiyə,ədəbiyyatı ehtirasa gore sevən birisi...Daha nə olsun ki ,Emma?!
Madam Bovary
Madam BovaryGustave Flaubert · Oda Yayınları · 200933,5bin okunma
351 syf.
10/10 puan verdi
·
Beğendi
Kitabi 3 dəfə təkrar oxumuşam.. Ən sevdiyim, meni her zaman düşündürən ve tesirinden heç çıxa bilmədiyim kitablardandi.Kitab da her bir duyğu qələmə alınıb. Sevgi, nifrət, kin, peşmançılıq, xəyanət, cinayət.Eyni mövzulu kitablardan sixildiğim üçün bu kitab mənim ən sevdiyim kitablar siyahısında başda gəlir.
Sonuncu Ölən Ümidlərdir
Sonuncu Ölən ÜmidlərdirVaris · Qanun · 20101,019 okunma
448 syf.
9/10 puan verdi
·
Beğendi
Bu kitab teze cixdiginda oxumusdum.Elxan Elatlinin en meshur ennn sevimli eserlerinden biridir.eserde yuksek vezife sahibi olan birinin basina gelen aglasigmaz facieden behs edilir.Insan xisletinin ayrilmaz unsuru olmus xeyanet on plana cekilir ve bu teessufedici hal Qaplan adli sedaqetli itle muqayisede cox qabariq sekilde oxucuya catdirilir.oxumaga deyer bir eser
Xəyanət
XəyanətElxan Elatlı · Qanun Nəşriyyatı · 20151,391 okunma
Reklam
283 öğeden 211 ile 220 arasındakiler gösteriliyor.