Nihan Kayadan oxuduğum ikinci kitabdı.Bu kitabda da az qala hər sətiri çəhrayı rəngli markerimlə rəngləmək istəyirdim.Türkiyə ilə Azərbaycan arasında dil ilə yanaşı, mədəniyyət, adət-ənənə, mentalitet baxımından yaxınlıq var.Bu səbəbdən kitabda əslində öz ölkəsindəki qəlibləşmiş səhv düşüncələri, davranışları,artıq dəyişməsi gərəkən, insanların durub sorqulaması gərəkdiyi adət-ənənələri, qeyd edilən bayramları,xüsusi günləri əks etdirib ,təhlil və tənqid etsədə, kitabında əks etdirdiklərini heç yadırğamadım.Çünki bunlar -tənqid və təhlil etdiyi hər şey Azərbaycanda da var. Əslində əvvəldən məndə biznesə çevrilməsi və digər səbəblərdən istər sünnət,olsun istər toy və digər mərasimlərə qarşı ön yarqı formalaşmışdı. Bu kitabla isə artıq fikirlərim daha da möhkəmləndi və həmçinin yeni baxışlar qazandım.Nihan Kaya Kaya həyatı, yaşadığı cəmiyyəti sorgulayaraq,həm bunu etmək istəyən insanlara cəsarət verir, həm də insanları maarifləndirir.Bu səbəbdən ona olduqca minnətdaram.