Çəmənlərdən yolum düşdü min kərə,
Güllər vaxtsız solub-açdı, ayrıldıq,
İlk görüşdən nə gəldisə gözlərə-
Son günü də gözüyaşdı ayrıldıq.
Yoxa çıxdı: əridimi, uçdumu,
Səsdi, ruhdu, ulduzdumu, quşdumu?
Anlamadım: bilə-bilə çaşdımı,
Yar danışdı ikibaşdı, ayrıldıq.