– Keçmiş hər zaman oradadır, künclərdə pusquda durur hər zaman. Sənə göz vurur. Düşünəndə ki, qurtulmusan, irəliyə addım atmısan, onda sənə göz vurur və səni içəridən tutub saxlayır.
– Sənə evlilik təklif etdiyim axşam toranlığında bənövşəyi rəngə boyanmış səma yadındadırmı? Sən elə bilirsən mən ondan sonra yüzlərlə başqa gecələri sənin busəni xatırlayıb heç səmaya baxmamışam?