9/10
·496 syf.··
Beğendi
·
2026 61. kitabı
·
15 günde okudu
·
Okunma: 03 Haziran 2026 00:00
"Qürur və Qərəz" çox maraqlı bir əsərdir. Mən kitabı oxumazdan əvvəl onun filminə baxmışdım. Belə bir qənaətə gəlmişəm ki, film keyfiyyətli çəkiləndə əvvəlcə ona baxıb, sonra kitabı oxumaq daha yaxşıdır. Bu halda hər ikisindən də zövq alırsan. Filmin gözəl ab-havası var idi və məndə çox xoş təəssürat yaratmışdı. Kitabı oxuyanda da film və oradakı obrazlar birbaşa gözümün önündə canlanırdı. Xoşbəxt sonluqla bitən əsərlərin yeri bir başqa olur. Çünki insana tamamlanmışlıq hissi verir və geridə nə yarımçıqlıq hissi, nə də kədər izi qalır. Süjet boyu müxtəlif mərhələlərdən keçdikdən sonra, sonda hadisələr elə cərəyan edir ki, hər şey gəlib tam yerinə oturmuş olur. Əsərdə o dövrün ingilis cəmiyyəti, insanların düşüncə tərzi və mədəniyyəti çox yaxşı işlənib. Kitabı oxuduqca istər-istəməz həmin dövrün İngiltərəsinə səyahət etmiş olursan. "Qürur" və "Qərəz" anlayışlarına gəldikdə isə, qısa desəm, bu anlayışlar Mister Darsinin Hertfordşir qraflığına gəlişi və oradakı davranışlarının Elizabet və onun ailəsində doğurduğu düşüncələrdən formalaşıb. Onlar Mister Darsini qürurlu hesab edirdilər və bu səbəbdən də ona qarşı qərəzli yanaşırdılar. Hadisələrin gedişatı boyunca isə bu qürur və qərəzin zamanla necə aradan qalxdığını görürük. Görünən odur ki, bir insan haqqında sahib olduğumuz doğru biliklər artdıqca, mühakiməmiz də daha düzgün olur. Özünəməxsus aurası olan bu kitab mənim yaddaşımda xoş bir xatirə kimi qalacaq.
Jane Austen
Jane Austen
Qürur və Qərəz
Qürur və Qərəz
1000Kitap
Qürur və QərəzJane Austen · Qanun nəşriyyatı · 097,6bin okunma
heyif etmək ağır ifadədir. həmişə nəyisə “heyif” etməkdən qorxuruq. “birdən həyatı yaxşı yaşamaram, ömrümü heyif edərəm.” yəqin ki, ömrünün düşündüyün qədər uzun olmayacağını anlayanda onu da “heyif etməkdən” qorxursan. gəncliyini, arzularını, anlarını sonuna qədər yaşamaq istəyirsən. amma bu qorxunun özü bir qandala çevrilib ayağından yapışır, hər günü “dolu-dolu” keçirməsən, hər anını dibinə qədər dəyərləndirməsən, “heyif etdiklərinin” siyahısı uzanır. ona görə, görə bildiyin bütün əzalarına yazdırırsan: “live fast, die young”, “stay high” və s. əvvəl düşünürdüm ki, “kaş ki” demədən yaşamaq, sonda “heyif ki” deməkdən yaxşıdır. “kaş” demək yaşanma ehtimalı olub da yaşana bilməyənlərə, potensialı olan hər şeyə tutulan bir yasdırsa, “heyifsilənmək” yaşananlara təəssüf hissi keçirmək, peşman olmaqdır. kontekstə görə bir-birini əvəz edə bilərlər, amma mən “nostalgiya” hissini məhz belə kodlaşdırmışam. indi düşünürəm ki, hər ikisi də qaçılmazdır. həm seçdiyinə, həm də seçmədiyinə görə peşman olacaqsan. gözün həmişə arxada qalacaq, həmişə nəsə umub ondan ya məhrum olacaqsan, ya da onda umduğunu tapmayacaqsan. hər bir halda, seçim sənindir. səhv və düz olmasını belə seçdiyin dəyərlər təsbit edəcək. insanı hansı daha çox qane edər? öz seçiminlə bədbəxt olmaq, yoxsa başqalarının seçdiyi xoşbəxtliyi yaşamaq?
Düzünü deyim, xatirələrlə ovunmaq ümidlərlə yaşamaqdan daha yaxşıdır. Çünki xatirələr yaxşı-pis artıq var, ümidlərimizin isə axırı necə olacaq bilinmir.
Sayfa 125·Kitabı okudu
- Möhkəm ol, Qaspar, zavallı oğlunun bu cür yaşamağındansa, ölməyi daha yaxşıdır. Bir göz qırpımında, əzab-əziyyətsiz öldü. Halbuki indiyədək bir saat belə xoşbəxt yaşamamışdı.
Sayfa 46 - Altun kitab·Kitabı okuyor
Hayata Dair