Vinsent özü də bilmədən axırda öz əzablarını sevdi, əziz dostu necə sevib oxşayırlarsa, eləcə əzizlədi, ona bəxş edilən daimi dərd, ağrı Ursulanın həmişə burada, yanında olmasını hiss etdirirdi. Madam ki, ona sevdiyi adamla bir yerdə olmaq mümkün deyil, onun üçün harada ya- şamağın mənası vardımı? O yalnız bir şey arzulayırdı: heç kəs Ursulanın verdiyi dərdin, kədərin ağır yükünü daşımaqda ona mane olmasın