İntihar Dükkanı kitabı haqqında bir qrupda məlumat oxumuşdum. Sentyabrın 15-i oxumuşdum məlumatı, kitab maraqlı gəldi, ancaq siyahımda çoxlu kitablar olduğu üçün unutdum. Sonra Qərb Cəbhəsində Təbəddülat Yoxdur kitabını müzakirə edəndə İntihar Dükkanı kitabının adı çəkildi və pdf-i yükləyib oxudum. Oxumağıma peşman deyiləm. Kitab maraqlı olmağı ilə yanaşı, həm də axıcı kitabdır. Ancaq dərslərə görə gec bitirdim kitabı.
Kitabın mövzusu.
Kitabın mövzusu bir mağazaya aiddi. Bu mağaza digər mağazalardan fərqlənir. İnsanın intihar etməsi üçün olan əşyalar satılır. Məsələn, zəhərlər, özünü asmaq üçün iplər, ancaq iplər elədirlər ki, özünü asanda ölməmək şansın yoxdu. Başqa zəhərli heyvanlar, kimono və qılınc və bu kimononun üstündə qızıl rəngdə xaç var. Səbəbi də odur ki, xaç olan hissəyə qılıncı vuranda ölür. Başqa yerə qılıncı vursa ölməmək şansı da var deyə, xaçla dəqiq hissə göstərilir.
Bu mağazanı bir qadın və kişi idarə edir. Onlar evlidirlər. 3 uşaqları var. Qadın və kişi həyatı sevməyən insandılar. Ancaq özlərini öldürmürlər, çünki öldürsələr, mağazanı idarə edəcək heç kim yoxdu. 1-ci və 2-ci uşaqları özləri kimidi. Ancaq 3-cü Alan yəni onların əksidir. Həyatı sevir və həmişə gülərüzdü. Alanın ana və atası həmişə onu danlayır və həmişə onu xəbərlərə baxmağa məcbur edirlər, onlar düşünürlər ki, əgər uşaq bəlkə dünyada yaxşı şeylərin olmadığını görsə, dəyişər. Amma yenə də təsiri olmur.
Mövzusu belədir. Hamıya bu kitabın oxumasını məsləhət görürəm.