Ah, həyat! Səfil, gülünc, həzin mənzərələrlə dolu macəra! Dünyanı kənardan seyr edən şüurlu bir varlığın görəcəyi nədir? Qarışqa kimi sürü ilə bir tərəfdən digər tərəfə axınetmə hərəkatı, biri-birinin yanında gah gülən, gah ağlayan insanlar! Doğumlarla ölümlər eyni anda baş verir. Səbəbsiz qovğalar, səbəbsiz xoşbəxtliklər, səbəbsiz ələmlər!