Ahmed Cevad

Seçilmiş Eserleri author
Author
7.7/10
14 People
43
Reads
45
Likes
5.7k
Views

Ahmed Cevad Updates

You can find the Ahmed Cevad updates, reader opinions on 1000Kitap.
Ana
Ahmed Cevad
Ahmed Cevad
Şu bürüşmüş əllərində göydən enmiş bir qüvvət var, Nə zaman ki, xəstə könlüm ölgün düşüb inlər, ağlar! Fırtınalı göylərimi yıxmaq istər ildırımlar, Nə zaman ki, qərib ruhum yad ellərdən cana doyar! Sən о zaman yetişərsən bir risalət qüvvəsilə! Bir analıq ürəyilə... Nədir, Allah üçün söylə, Bu ərənlər silahını kimdən aldın, anlat böylə?.. Ağıldan da əvvəl mənə sən verdiyin о təmiz süd, Vicdanıma dinlətdiyin о səmimi, о saf öyüd, Müqəddəsdir, gücün varsa, insan oğlu, gəl də unut?! Bəzən olur, həyatımın dağlarını duman alır, О gün sənin titrək laylan yollarıma işıq salır! Sənin məmnun olduğun gün, ruhum məndən məmnun qalır, İnandım ki, cənnət sənin ayağının altındadır! Gəncə, 14 mart, 1914
Dan Ulduzu
Ahmed Cevad
Ahmed Cevad
#5May1892 - ♾️ Sevgi və minnətlə anırıq! Bu qaranlıq gecə nə qədər sürdü, Yetiş imdadıma, ey dan ulduzu! Barı sən gəl, mənə yuxu gəlmədi, Yetiş fəryadıma, ey dan ulduzu! Qudurğan qasırğa, çarpaşıq yollar, Yolumda zülmət var, uçurumlar var, Yetiş ki, ömrümün karvanı ağlar, Aman, gəl dadıma, ey dan ulduzu! Bu sönük ulduzlar məni aldadır, Süzgün gözlərinlə gəl onu andır, Gözlərim yolunda, üzüm haqdadır Aman, sən yox demə, ey dan ulduzu!
Reklam
Çırpınırdın Karadeniz / Bakıp Türk'ün bayrağına Ah deyirdin hiç ölmezdim / Düşebilsem ayağına Ayrı düşmüş dost elinden / Yıllar var ki çarpar sinem Vefalıdır geldi giden / Yol ver Türk'ün bayrağına İnciler dök gel yoluna / Sırmalar diz sağ soluna Fırtınalar dursun yana / Selâm Türk'ün bayrağına Dost elinden esen yerler / Bana şiir, selam söyler Olsun bizim bütün eller / Kurban Türk'ün bayrağına
Ahmed Cevad
Ahmed Cevad
Dağlarının başı qarlı, Sinəsi yaşıl ormanlı! Dərələrin şirin barlı, Azərbaycan! Azərbaycan! Səhraların sünbüllüdür, İl müdam üstü güllüdür! Bağçaların bülbüllüdür,
13 Ekim 1937 Azerbaycan Millî Şairi kurşuna dizilerek katledildi!
Çırpınırdı Qara dəniz Baxıb Türk'ün bayrağına "Ah!..." dəyərdin, həç ölməzdim Düşə bilsəm ayağına!
Ahmed Cevad
Ahmed Cevad
Çırpınırdı Qaradəniz
Çırpınırdı Qaradəniz Baxıb Türkün bayrağına! "Ah!..." deyərdim, heç ölməzdim Düşə bilsəm ayağına. Ayrı düşmüş dost elindən, İllər var ki, çarpar sinən!.. Vəfalıdır gəldi, gedən,
Reklam
Türküstan yelləri öpüb alnını, Söylüyor dərdini sana, bayrağım! Üç rəngin əksini Quzğun dənizdən, Ərmağan yollasın yara, bayrağım! Gedərkən Turana, çıxdın qarşıma Kölgən dövlət quşu qondu başıma! Izn ver, gözümdə coşan yaşıma Dinlətsin dərdini aha, bayrağım!
Ahmed Cevad
Ahmed Cevad
Sev bu yalçın qayaları, Bunlar şahin yuvası... Sev bu ıssız ormanları, Bunlar ərlər obası!
Ahmed Cevad
Ahmed Cevad
Ən çox sevdiklərimdən...
Soranlara, bən bu yurdun Anlatayım nəsiyəm: Bən çeynənən bir ölkənin “Haqq!” bağıran səsiyəm! 💫 Bən şairəm, doğru, amma Başqa dilim, diləyim! Bu gördüyüm xərabədə Nə nəşidə söyləyim?! Toxundumu yazdıqlarım Qəlbin incə telinə? Bax, nə haqsız bir axın var Yoxsulların elinə?! Sən nə dersən bu sevdalı, Həm bu dərdli gedişə? Ey yarımın həsrətilə Boynu bükük bənövşə!.. Bən qıyamam yar gəlirkən Salladığım məndilə, Ah, ey fələk, ağlar isəm Göz yaşımı kim silə?..
Ahmed Cevad
Ahmed Cevad
Mən kiməm?!
Soranlara mən bu yurdun, Anlatayım nəsiyəm. Mən çeynənən bir ölkənin Haqq bağıran səsiyəm. Mən şairəm, doğru amma Başqa dilim, diləgim. Bu gördüyün viranədə Nə nəşidə söyləyim? Toxundumu yazdıqlarım, Qəlbin incə telinə? Bax nə haqsız bir axın var, Yoxsulların elinə?... Sən nə dersən bu sevdalı, Həm bu dərdli gedişə? Ey yarımın həsrətilə, Boynu bükük bənövşə? Mən qıyamam yar gəlirkən Salladığım məndilə. Ah ey fələk, ağlar isəm, Göz yaşımı kim silə?
Ahmed Cevad
Ahmed Cevad
36 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.