0.0/10
0 Kişi
1
Okunma
0
Beğeni
158
Görüntülenme

Hakkında

Bakı Dövlət Universitetinin "Ərəb filologiyası" kafedrasının professoru, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Ədəbi mərasimlər və nəşrlər" şöbəsinin müdiri, filologiya elmləri doktoru. 2 iyun 1957-ci ildə Ağdam şəhərində Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı Xuraman Abbasovanın ailəsində anadan olmuşdur. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsində təhsil almışdır və universiteti fərqlənmə diploma ilə bitirmişdir. 1980-1983-cü illərdə ADU-nun Şərqşünaslıq fakültəsində baş laborant, 1983-1986-cı illərdə həmin fakültənin aspiranturasında təhsil almışdır. 1986-1987-ci illərdə ADU-nun Elmi Kitabxanasında kitabxanaçı, 1987-2003-cü illərdə ADU-nun (BDU-nun), Şərqşünaslıq fakültəsində müəllim, baş müəllim, 1995-2005-ci illərdə dosent, 2005-ci ildən Bakı Dövlət Universitetinin "Ərəb filologiyası" kafedrasının professoru, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Ədəbi mərasimlər və nəşrlər" şöbəsinin müdiridir. Azərbaycan, ərəb, ingilis və rus dillərini bilir. Elmi fəaliyyəti 1989-cu ildə Moskvada, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda “Ərəb ədəbiyyatında məqamə janrının yaranması” mövzusunda namizədlik (PhD), 2001-ci ildə AMEA-nın Ədəbiyyat İnstitutunda “Quran qissələri XIV-XVI əsrlər Azərbaycan ədəbiyyatının ideya bədii qaynaqlarından biri kimi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Elmi əsərləri Professor Aida Qasımova 5 monoqrafiyanın, 86 elmi məqalənin müəllifidir. Əsas tədqiqat sahəsi ərəb ədəbiyyatı, Azərbaycan ədəbiyyatı, İslamaqədərki əqli-mənəvi durum, Quran və poeziya və s.dir. Əsərləri tanınmış yerli və xarici jurnallarda çap olunmuşdur.
Tam adı:
Qasımova Aida Şahlar qızı
Unvan:
Yazar
Doğum:
Ağdam, Azərbaycan, 2 Haziran 1957

Okurlar

1 okur okudu.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Henüz kayıt yok
Reklam