Ali Hamaney

Ali Hamaney250 Yıllık İnsan author
Author
7.8/10
75 People
282
Reads
59
Likes
5.7k
Views

Ali Hamaney Quotes

You can find Ali Hamaney quotes, Ali Hamaney book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
“Biz imamların həyatını yalnız əziz və dəyərli xatirələr kimi yox, dərs və örnək olaraq öyrənməliyik.”
Dünya ləzzətlərindən tamamilə uzaqlaşmaq din deyil! Təbii ki,əsl ləzzət
İslamın düşmənləri və yanlış anlayan müsəlmanlar elə bildilər, yaxud göstərdilər ki, İslamda zahidliyə tövsiyə olunmuşdursa, bu, varlıq aləminin və həyatın timsalı mənasında olan dünyanın ardınca getməmək deməkdir. Halbuki belə deyil. Orada pis, məzəmmət olunmuş dünya, özümüzü və maddi maraqlarımızı hədəf seçməyimiz nəzərdə tutulmuşdur.
Reklam
İslamda əsas meyar
Məscidə azançı seçmək istəyəndə səsi və görkəmi gözəl olanlar çox idilər, çoxlu məşhur adamlar və görkəmli şəxsiyyətlər vardı. Amma bütün bunların arasından Bilal Həbəşini seçdi; nə gözəllik, nə səs, nə əsil-nəsəb və nə ata-ana şərafəti nəzərə alındı, yalnız İslam, iman, Allah yolunda mücahidlik və fədakarlıq göstərmək meyar seçildi.
İslamda qadının izzəti
Qadının əzəməti Allah-Taalanın ona əmanət verdiyi həya və iffətini qoruya bilməsindədir. O bunu mömin izzəti ilə, vəzifə və məsuliyyət hissi ilə qarışdırıb zərifliyi öz yerində, iti və kəsərli imanı da öz yerində işlətməlidir. Bu zərif kompozisiya yalnız qadınlara məxsusdur. Zərifliyin və kəsərliliyin bu sintezi qadınlara məxsusdur. Bu, Allah-Taalanın qadına verdiyi bir üstünlükdür.
"Ben doğruyu yalanın içinden çıkaracağım." İmam Ali
Sayfa 41
Peyğəmbər tək canı ilə bunu bərpa etmişdi...
hər bir hökumətin və quruluşun ən çətin işi cəmiyyətdə ədaləti təmin etmək olur
Reklam
➷➷ Quranın ibadətinə iman gətirir, siyasətinə isə iman gətirmirlər ➹➹
Biz də elə bilirik ki, renessans dövründə aydınlığa çıxıb dünya
Bu gün avropalılar çox deyirlər ki, Orta əsrlər qaranlıq və zülmət əsrləri olmuşdur. Burada mühüm məqam budur ki, bu qaranlıq və zülmət Avropaya məxsusdur, Orta Şərqə və ozamankı İslam dövlətinə yox.
Əziz Peyğəmbərin (s) işlərindən biri cəmiyyətdə mehriban, sevgi və məhəbbət dolu bir mühit yaratmaq idi. Yəni bütün insanlar bir-birinə qarşı sevgi göstərsinlər, bir-birinə xoş niyyətlə və nikbinliklə baxsınlar. Bu gün də bizim vəzifəmiz budur. Yəni İslam cəmiyyətində müsəlmanlar birbirlərinə qarşı laqeydlik halından çıxmalıdırlar. Müsəlmanların bir-birləri ilə işlərinin olmaması, hərəsinin özü üçün ayrı bir dünya yaradıb digər müsəlmanlarla maraqlanmaması İslamda bəyənilməmişdir. Əziz Peyğəmbərin (s) həyatının fəsillərindən biri bu idi ki, bu laqeydlik vəziyyətini sevgi, əməkdaşlıq və qardaşlıq vəziyyətinə, bir-biri ilə əməkdaşlıq edən bir toplum yaratmağa çevirsin. Bu elə bir şeydir ki, bu gün də öz quruluşumuzda ona ehtiyacımız var.
773 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.