Məscidə azançı seçmək istəyəndə səsi və görkəmi gözəl olanlar çox idilər, çoxlu məşhur adamlar və görkəmli şəxsiyyətlər vardı. Amma bütün bunların arasından Bilal Həbəşini seçdi; nə gözəllik, nə səs, nə əsil-nəsəb və nə ata-ana şərafəti nəzərə alındı, yalnız İslam, iman, Allah yolunda mücahidlik və fədakarlıq göstərmək meyar seçildi.