Ali Hamaney

250 Yıllık İnsan yazarı
Yazar
7.8/10
75 Kişi
288
Okunma
59
Beğeni
5,9bin
Görüntülenme

En Yeni Ali Hamaney Sözleri ve Alıntıları

En Yeni Ali Hamaney sözleri ve alıntılarını, en yeni Ali Hamaney kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Bismilləhir Rahmənir Rahim
Peyğəmbərin (s) yaratdığı quruluşun müxtəlif xüsusiyyətləri var. Onların arasında yeddi xüsusiyyət hamısından mühüm və qabarıqdır: -Birinci xüsusiyyət iman və mənəviyyatdır. -İkinci xüsusiyyət ədalətdir. -Üçüncü xüsusiyyət elm və bilgidir. -Dördüncü xüsusiyyət səmimilik və qardaşlıqdır. -Beşinci xüsusiyyət əxlaq və rəftar düzgünlüyüdür. -Altıncı xüsusiyyət iqtidar və izzətdir. -Yeddinci xüsusiyyət iş, hərəkət və daimi inkişafdır.
Müqavimət göstər!
Buna görə də sən dəvət et və sənə əmr edildiyi kimi (bu yolda) möhkəm (müqavimətli) ol!"
Sayfa 41 - "Şura"/15Kitabı okudu
Reklam
Ən yaxşı şərik
İşdə düzgün idi. Cahiliyyət dövründə ticarət edirdi, Şama və Yəmənə gedirdi, ticarət karvanlarına qoşulurdu, şərikləri vardı. Onun cahiliyyət dövründəki şəriklərindən biri sonralar deyirdi ki, o ən yaxşı şərik idi; nə inadkarlıq edirdi, nə mücadilə edirdi, nə öz yükünü şərikinin çiyninə qoyurdu, nə müştəri ilə pis rəftar edirdi, nə ona baha satırdı, nə yalan danışırdı; işdə düzgün idi. Onun bu düzgünlüyü cənab Xədicəni ona məftun etdi. Çünki Xədicə də Məkkənin birinci xanımı, əsil-nəsəb və sərvət baxımından görkəmli şəxsiyyət idi.
Həzrət Rəsul(s) əxlaqı
Onun xalqla rəftarı sədaqətə, səmimiyyətə və düzgünlüyə əsaslanırdı.
Dünya+axirət=əbədi səadət
O dünyadır, bu axirətdir. Əgər bunların hər ikisi bir yerə toplansalar, dünya və axirətin səadəti hasil olar. Yəni insanın həm dünyası, həm də axirəti olar. Nəticədə xoşbəxt bir insan və peyğəmbərlərin istədiyi səadətli bir həyat alınar.
Bikarçılığın və işsizliyin məzəmmət olunması
Peyğəmbər (s) müxtəlif üsullarla xalqda iş və çalışmaq ruhiyyəsini canlandırırdı. Bəzən işsiz bir gənc gördükdə buyururdu ki, Allah bikar gənci sevmir, Allah öz ömrünü tələf edən və işsizliklə keçirən gənci sevmir.
Reklam
773 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.