Ali Hamaney kitaplarını, Ali Hamaney sözleri ve alıntılarını, Ali Hamaney yazarlarını, Ali Hamaney yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Emperyalistlerin, sultaları altında tuttukları ülkelerde şiddetle engelledikleri ve yayılmasını istemedikleri şeylerin başında bilim gelir. Çünkü bilimin güç aracı olduğunu bilirler.
Ali Hamaney
İmandan, İslamdan, dözümlülükdən, sədaqətdən, insan, İslam və mənəviyyat dəyərlərini əldə etmək yolunda çalışmaqdan söz düşdükdə buyurur: “Müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, sadiq kişilər və sadiq qadınlar, dözümlü kişilər və dözümlü qadınlar...“(Əhzab 35) Bu ayədə
mənəvi dəyərlər üçün on xüsusiyyət sayılır: İslam, iman, mütilik, sədaqət, dözümlülük,
Allahdan qorxmaq və digər məsələlər. Qadın və kişi bu meydanda çiyin-çiyinə hərəkət edir və irəliləyirlər. Hər ikisini deyir. İslam bu ayələrdə cahil cəmiyyətlərdə həmişə kişilərin və hətta qadınların vasitəsi ilə pərəstiş olunan kişi hökmranlığı bütünü sındırır. Siyasi və ictimai məsələlərdə qadının beyət etməsini lazımi və aktual bir iş kimi təqdim edir.
Ali Hamaney
Allah İslam ümmətinin ardıcılları üçün on xüsusiyyət sayır. Birincisi İslamdır, yəni Allahın qarşısında təslimçilik. Sonuncusu zikr və Allahı yad etməkdir. Bunların heç birində qadınla kişi arasında fərq qoyulmur. Ayədə belə deyilir: Müsəlman kişilər və müsəlman qadınlar, imanlı kişilər və imanlı qadınlar, sadiq kişilər və sadiq qadınlar...
Ali Hamaney
İslamda irəli sürülən məsələ ədalətdən ibarətdir; yəni bütün insanlar, o cümlədən qadın və kişi cinsi arasında mütləq ədalətə riayət etmək. Hüquqda bərabərlik məsələsi irəli sürülür. Lakin bəzi yerlərdə qadının hökmləri kişinin
hökmlərindən fərqlənə bilər. Necə ki, qadının təbiəti bəzi xüsusiyyətlərdə kişinin təbiətindən fərqlidir.
Ali Hamaney
Tamamilə aydın bir məqama diqqət yetirmək lazımdır. O da qadının fizioloji quruluşu
ilə kişinin fizioloji quruluşu arasındakı fərqdir. Bu fərq əbəs deyil. Allah-Taala
hikmətlidir. O bunların hər ikisini yaratmış və bu fərqi qoymuşdur. Əlbəttə, dedik ki,
ictimai, siyasi, mədəni, insani və İslam sahələrində heç bir fərq yoxdur. Lakin iş
mərhələsində bir-biri ilə fərqlənirlər. Misal üçün, kişilər bənnalıq edirlər. Qadın və kişi
hüquqlarının bərabər olması, qadına hörmətsizlik edilməməsi üçün biz deməliyik ki, qadınlar da gedib bənnalıq etsinlər?! Bu iş ümumiyyətlə qadın üçün münasib deyil.