Ali Khayyam Yorumları ve İncelemeleri
Ali Khayyam yorumları ve incelemelerini, Ali Khayyam kitabı hakkındaki okur görüşlerini , Ali Khayyam puanlarını 1000Kitap'ta bulabilirsiniz.Çox sevdiyim o şairin axtardığım o kitabı...Baxdım ki, bu kitab haqqında sadəcə bir nəfər incələmə yazıb, o da bir neçə cümlə. Amma bu kitabı bir neçə cümlə ifadə edə bilməz.
Çox sevdiyim şairlərdən olan Ali Khayyamın qələmindən tökülən o möhtəşəm şeirləri insanı oxuduqca valeh edir, böyük bir təsir yaradır, dərin bir iz qoyur.
Kitabdakı bəzi şeirlər onun "MadHouse Community"də olarkən və yaxud da sonralar albom daxilində və "single" şəklində paylaşılıb. Hamısını dinlədiyim, hətta bir neçəsini də səhifəmdə "ileti" kimi paylaşdığımdan bəzi hissələr artıq tanış idi, amma təkrar oxumağa da dəyərdi.
Şairin məcazları, bənzətmələri insanı valeh edir, ayrılıq həsrəti, vətən sevgisi, ata ilə yaşana bilməmiş günləri, dostlarına müraciəti, anaya olan müraciətlər, kədər hissinin tərənnümü və s. bu kimi şeylər kitab boyunca bizə yoldaşlıq edir və qəribə hisslərin bizə hakim kəsilməsinə səbəb olur.
Şeir kitablarını heç sevməyən biri olaraq deyirəm, bu kitab elə tez bitir, elə də uzun müddət təsir edir ki...
Mənsə sizinlə sağollaşıram, əziz oxucular. Gününüz gözəlliyə, ömrünüz kitablara...
Oxuduğunuz üçün təşəkkürlər! Kitab çox gözəl kitabdır. Yazılan şeirlər adamın ruhunu oxşayır. Dərin xəyallara aparır. Mövzular, sözlər, onların mənaları zövq oxşayır Bulud Bağçaları