Arif Aliyev

Tarihi Yanlışlıklar yazarı
Yazar
9.2/10
5 Kişi
45
Okunma
1
Beğeni
2.664
Görüntülenme

Arif Aliyev Yorumları ve İncelemeleri

Arif Aliyev yorumları ve incelemelerini, Arif Aliyev kitabı hakkındaki okur görüşlerini , Arif Aliyev puanlarını 1000Kitap'ta bulabilirsiniz.
160 syf.
10/10 puan verdi
·
Beğendi
Marafonun dördüncü kitabı Arif Əliyevin "Yalama" sənədli povesti oldu. Kitabda 1920-ci ildə ermənilərin Qarabağa hücumu və bolşeviklərin Azərbaycana daxil olmasından, əsgərlərimizin zəif imkanlara baxmayaraq göstərdiyi qəhrəmanlıqdan bəhs edilir. Kitabın əsas sualı budur - millət öz böyüklüyünü torpaqlarının genişliyi, yoxsa ruhunun ucalığı ilə təsdiq etməlidir?
Yalama
YalamaArif Aliyev · Altun Kitab Nəşriyyatı · 201735 okunma
160 syf.
3/10 puan verdi
·
3 günde okudu
Əsgərlər vurulanda yox, unudulanda ölürlər.
(Spoiler var) Arif Əliyevin bu əsəri 20-ci əsrdə 11-ci Qırmızı Orduya qarşı vuruşmuş Yalama müdafiəçilərinin qəhrəmanlığından bəhs edir. Bununla belə AXC dövründə baş verən siyasi prosesləri, o dövrün böyük adamları, xüsusilə də, Xoyski, Hacınski, Mehmandarov, Əliağa Şıxlinski kimi dövlətin siyasi prosesində mühüm rolu olan insanların həyatı
Yalama
YalamaArif Aliyev · Altun Kitab Nəşriyyatı · 201735 okunma
Reklam
160 syf.
7/10 puan verdi
·
4 günde okudu
"YALAMA QƏHRƏMANLARI"
"YALAMA" sənədli povesti Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş 350 qəhrəman əsgər haqqındadır. Tarix 1920-ci ilin aprel ayı, Qafqaz cəbhəsinin komandanı Tuxaçevski XI qırmızı ordunun Azərbaycana daxil olması barədə hələ aprelin 21-də qərar verir. 72 minlik sovet ordusuna qarşı son damla qanlarına qədər vuruşan vətən övladları haqqında müəllif tarixi-siyasi hadisələr işığında bədii bir dillə danışır. Yazıçı Əliağa adlı qəhrəman gənc Azərbaycan zabitinin simasında həmin qəhrəmanların gerçək məhəbbətlərinin vətən olduğunu izah etməyə çalışır. Onların hər birinin ailələri, həyatda dəyərli gördükləri hər bir şey, elə vətənin bir parçasıdır. Vətən sadəcə dağ, daş, səfalı torpaqlar və neft deyil. Vətən bunların hamısını birləşdirən insandır. O insan vətən üçün yaşamağa da ölməyə də hazır olmalıdır. Amma onlar ölmədilər. Hər birini adları ilə tanımasaq belə onların əziz xatirələrini hörmətlə anır hər birinin vətənə və millətə göstərmiş olduqları sədaqətlərini təqdir edirik.
Yalama
YalamaArif Aliyev · Altun Kitab Nəşriyyatı · 201735 okunma
160 syf.
·
Puan vermedi
·
8 günde okudu
Bu kitabı tərəddüd etmədən oxuyun.
Kitabı bitirəndə boğazım düyünləndi. Bh kitab Azərbaycanın keçdiyi çətin yolu mənə hiss etdirdi. Kaş, biz öz qəhrəmanlarımıza, mübariz insanlarımıza, Yalama hadisəsinə, orda canından keçənlərə laiqli qiymət verə biləydik. Onlar haqqında filmlərimiz, cizgi filmlərimiz, kitablarımız daha çox olsaydı. Müasir azərbaycanlı yazarların kitablarını oxuduqda əsasən dil, bədiilik sadə, kobud desək kasad gəlir mənə. Bəlkə də çox oxumamışam deyə bu qənaətdəyəm bilmirəm. Bu kitab isə fikrimcə çox gözəl yazılmışdı. Axıcılığı əla, dili doğma idi, heç yad səslənmirdi. Sənədli povest olduğunu bir daha nəzərinizə çatdırım, tarixi məqamlara sənədli şəkildə yer ayrılıb. Əminəm ki, zövq alacaqsınız. Xoş mütaliələr.
Yalama
YalamaArif Aliyev · Altun Kitab Nəşriyyatı · 201735 okunma
160 syf.
10/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
Düşünürəm ki bu kitabı hər bir azərbaycanlı oxumalıdır.
Kitabı bitirər-bitirməz düşüncələrimi və öz təəssüratımı paylaşmaq qərarına gəldim. Düşünürəm ki bu kitabı hər bir azərbaycanlı oxumalıdır. Müəllifin üslubu çox gözəl və axıcı idi. Kitabda bəhs edilən faktlar oxucular üçün kifayət qədər anlaşıqlı olacaq şəkildə qələmə alınıb. Kitabı oxuduqdan sonra 9-cu sinif Azərbaycan tarixi kitabında mövzu ilə bağlı səhifələrə nəzər saldım (s;111) Çox təəssüf etdiyim bir məqam isə tarix dərsliyində bu mövzu barədə sadəcə kiçik həcmdə ötəri məlumat verilməsi oldu. 27 aprel 1920-ci ildə işğalçı Qırmızı Ordu ilə qeyri-bərabər döyüşdə həyatlarından keçmiş gənc Azərbaycan əsgərlərinin xatirəsini dərin hüznlə yad edirəm. Unutmayaq ki əsgərlər vurulanda yox, unudulanda ölürlər.
Yalama
YalamaArif Aliyev · Altun Kitab Nəşriyyatı · 201735 okunma
144 syf.
8/10 puan verdi
·
Beğendi
·
79 günde okudu
guzel bilgiler var.mütləq oxuyun
Az:Ilk öncə hamıya salam)Azərbaycanca yazmağı özüme borc bildim çünki bu kitab haqqında inceleme edilmeyib hemde Azərbaycan yazarı bu faktları bizim üçün ortaya çıxarıb ve kitab yazmağı özüne borc bilib.Kitab mütləq oxunmalıdır ,sizin dünya gorünüşünüz və tarixi sevməyinizə səbəb olacaq.Burda tarixi hadiseler,tarixi deyimlər və tarixi şəxsiyyətlərə yer verilb. Məndən olsa bir dəfə oxuyun,qiymətidə baha deyil. Tr:Ilk önce herkese selam)bu kitap kardeş ülke tarafından kaleme alınmış ve dünyada,tarihde olan olayları,kişileri ve deyimleri bize anlatıyor eyer sizde azerbaycanca öğrenmek istiyorsanız ve ya bu bilgileri azərbaycanca okumak isterseniz,mutlaka okuyun.Tarihe ve dunya bilgilerine merakiniz artacak.
Tarihi Yanlışlıklar
Tarihi YanlışlıklarArif Aliyev · Altunkitap · 20149 okunma