Tutmuşam dəstində gözəl nizamı,
Firdovsi, Füzuli, gözəl Nizamı.
Təqdiri-qüdrətin gözəl nizamı,
Mənə dərdi verib, yara dərməni.
Halal qaşın bənzətmərəm dər yaya,
Yazıq Ələsgər, dastan elə, dər yaya.
İstəsə, kül eylər, qatar dəryaya,
Yaratsa, təzədən yaradar məni.