Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Baba Pünhan

Mən Nə Dedim ki?!.. yazarı
Yazar
5.5/10
2 Kişi
12
Okunma
15
Beğeni
2.910
Görüntülenme

Hakkında

Doğum:
Bakü, Azerbaycan, 5 Kasım 1948
Ölüm:
Bakü, Azerbaycan, 17 Nisan 2004

Okurlar

15 okur beğendi.
12 okur okudu.
1 okur okuyor.
5 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
sizmi deyim
Sənə mən siz deyirəmsə, özümə biz mi deyim, O böyük Tanrıya sən, bəndəsinə siz mi deyim? Nə qədər ki, özümüzdən özümüz bixəbərik, Özümə mənsiz, əzizim, sənə sənsiz mi deyim? Bilən heç kimliyini dəhrdə bir kim sayılar, Bunu dərk eyləməyən insana aciz mi deyim? Ayaq altında salar iz, deyilən söz havada, Biri vardır, biri yox, iksinə də iz mi deyim? Qara gündən ağaran saqqala, Pünhan, görəsən, Ağaran üz mü deyim, ya gecə-gündüzmü deyim?
Yoxdan gələni var elədim, mən nə dedim ki?! Haqq əhlin ümüdvar elədim, mən nə dedim ki?! Məzlumlara qan udduran alçaqları bir-bir, Söz udmağa vadar elədim, mən nə dedim ki?! Xofdan əyilib bütpərəs olmuşlar önündə, Qansız bütü inkar elədim, mən nə dedim ki?! Allahı unutmuşlara xatırladan oldum, Qafilləri hüşyar elədim, mən nə dedim ki?! Tərk eylədi şeytan bu könül mülkünü getdi, Haqqımla yerin dar elədim, mən nə dedim ki?! Can verdi Xuda, amma ki, eşq istədi məndən, Yoxdur deməyə ar elədim, mən nə dedim ki?! Gördüm ki, pul üstündə bu dünyanı tuturlar, Dünyanı xəbərdar elədim, mən nə dedim ki?! Haqqın özün axtardım onun qəbrini tapdım, Amma sözün aşkar elədim, mən nə dedim ki?! Pünhan, mən əməl dəftərini şerə çevirdim, Yəni onu təkrar elədim, mən nə dedim ki?!
2 avqust, 2002Kitabı okudu
Reklam
Əsrlər itirdik illər içində, Qanqallar bitirdik güllər içində, Çaqqallar dolanır ellər içində, Aslanlar, pələnglər, daş qəfəsdədir, “Bakının dərdi var, Bakı xəstədir”.
Sayfa 119Kitabı okudu
Sabira, qalma nigaran ki, müsəlman oxumur, Fələyin çərxi dönüb, indi müsəlman oxuyur. Tənələrdən yorulub, dəngəsər olmuş kişinin, Özü bir yanə, qızı-arvadı üryan oxuyur. Elə ki, bir qədər ətdəndi cumur mikrofona, Sanki sübh dan sökülür, hindi xoruz ban oxuyur. Ad alan kəs neçə ton astadan ifa eləsə, Ad verən də o qədər tonda yuxardan oxuyur. O zamandan ki, Vətən qeyrəti tərpətdi bizi, Bax o gündən elə qız tərpənir, oğlan oxuyur. Qız-gəlin namusu tapdaqların altında ikən, Hansı haqq ilə çalıb Azərbaycan oxuyur?! "Şahmənəm" operasın sən demə BUŞ bəstələyir, "Daşnak"ın partiyasın burda Köçəryan oxuyur. Ehtiyac şir kimi oğlanları fağır eləyib, Tülkü fitvasına çaqqal şirə meydan oxuyur. Şükr elə Tanrıya, Pünhan, bu çətin gündə səni, Kimi dildə, kimi əldə, kimi pünhan oxuyur
15 mart, 2003Kitabı okudu
İllər pillə-pillə düşür ömürdən, Gənclikdən şirin bir xatirat qalır. Ürək bir gün susur, deyil dəmirdən, Dünyada insana təmiz ad qalır.
Bivəfadırsa əgər yar, o bilər - mən bilərəm, Ya vəfa əhlidi dildar, o bilər - mən bilərəm. Nə düşüb xəlqə axı hər şeyə rişxənd eləyir, Qeyri dindardı ya dindar, o bilər - mən bilərəm. Məni cadulər ilən salma gözündən o gülün, Çalma kandarıma mismar, o bilər - mən bilərəm. Dedim ol yarə hicabı sənə vacib bilib həqq, Dedi ki, eyləmə israr o bilər - mən bilərəm. Dəstəmazım gözümün yaşı namazımdı muğam, Bunda həqqəm ya günahkar o bilər-mən bilərəm. Məni gah Tanrı çəkib qaldırar ərşin üzünə, Gahi ordan yerə çırpar, o bilər - mən bilərəm. Can alanım ikidir, göydə fələk, yerdə mələk, Desələr hansıdı qəddar, o bilər - mən bilərəm. Pünhanın eyblərin yarə gedib kim saydı, Kimə nə, eybi əgər var, o bilər - mən bilərəm.
Baba Pünhan
Baba Pünhan
Sənə mən siz deyərəmsə, özümə biz mi deyim, O böyük Tanrıya sən, bəndəsinə siz mi deyim? Nə qədər ki, özümüzdən özümüz bixəbərik, Özümə mənsiz, əzizim, sənə sənsiz mi deyim? Bilən heç kimliyini dəhrdə bir kim sayılar, Bunu dərk eyləməyən insana aciz mi deyim? Ayaq altında salar iz, deyilən söz havada, Biri vardır, biri yox, iksinə də iz mi deyim? Qara gündən ağaran saqqala, Pünhan, görəsən, Ağaran üz mü deyim, ya gecə-gündüzmü deyim?
Baba Pünhan
Baba Pünhan
Reklam
Titrəyib yer tərpənəndə bilmirəm insanların, Şübhəli iymanları tərpəndi, ya tərpənmədi? Hündür eyvandan baxıb dövran mənimdir söyləyən, Məmurun eyvanları tərpəndi, ya tərpənmədi? Allahın torpaqların ac kəndliyə pulnan satan, Quldarın ormanları tərpəndi, ya tərpənmədi? Həm evi, həm qəlbi sınmış binəvalarçün görən, Dövlətin imkanları

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok