Balaş Azəroğlu

Seçilmiş Əsərləri yazarı
Yazar
10.0/10
1 Kişi
2
Okunma
3
Beğeni
196
Görüntülenme

Hakkında

Şair, ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1966), Azərbaycanın xalq şairi (1981). Balaş Azəroğlu 1921-ci il noyabrın 11-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini də burada almışdır. Məktəbdə oxuyarkən ədəbiyyata böyük həvəs göstərərək vaxtının çox hissəsini bədii əsərlər oxumağa sərf etmişdir. Məktəbin ədəbiyyat müəllimi Cəfər Rəmzi bu sahədə ona böyük təsir göstərmiş, qəlbində ədəbiyyata olan böyük sevgisini də o yaratmışdır..İlk mətbu şei ri "Dnepr" 1937-ci ildə Bakıda çapdan çıxmışdır. Çoxcildlik "Azərbaycan ədəbiyyatı"nın müəlliflərindən biridir. Farscadan dilimizə çevirdiyi Nizaminin "Yeddi gözəl" poemasını (1992, "Yazıçı"), Füzulinin qəzəllərini çap etdirmişdir. Şəhriyardan tərcümələri vardır. Onun ərəb əlifbası ilə "Seçilmiş əsərləri" (1996, Tehran) buraxılmışdır. SSRİ Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar İttifaqının qurultaylarında nümayəndə və qonaq kimi iştirak etmişdir. Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüklərində (1950, 1959) iştirakçı olmuşdur. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. 1996-cı ilin yayında İranda Tehran, Kəraçi, Ərdəbil və Təbriz şəhərlərində cənublu şair, yazıçı və alimlər onun anadan olmasının 75 illiyi münasibəti ilə görüşlər keçirmişlər. 24 aprel 2011-ci ildə vəfat etmişdir
Tam adı:
Abizadə Balaş Allahbaxış oğlu
Unvan:
Yazar
Doğum:
Bakı, Azərbaycan, 11 Kasım 1921
Ölüm:
Bakı, Azərbaycan, 24 Nisan 2011

Okurlar

3 okur beğendi.
2 okur okudu.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Bir fırtına quşuyam, Tufandan ayrılmışam.
Bir torpağın, bir elin Bölünməz zərrəsiyəm.
Reklam
Reklam