Azərbaycanda doğulan Ceylan Mumoğlu ixtisasca tarixçidir.
1997-2007-ci illərdə müəllim kimi fəaliyyət göstərib. Hazırda İstanbulda yaşayır.
Azərbaycanın ilk milli qadın portalı qadin.net 'in həmtəsisçisi və baş redaktoru olub.
2009-cu ildən ədəbi fəaliyyətə başlayıb. Müxtəlif hekayələrin "Aydınlanma səyahəti" adlı şəxsi inkişaf və motivasiya kitabının müəllifidir.
"Qurbağa öpüşü" sayca ikinci kitabıdır.
Deyərdi ki, insan gözlərini tez-tez baxmağa adət etdiyi həyatın yeknəsəkliyindən çəkib seyr etməyi unutduğu təbiət mənzərəsinə çevirəndə içi sevinclə dolur..
Bəzən belə də olur: insan təcrübədən keçirmədiyi hissi yaşaya biləcəyini, öhdəsindən gələcəyini zənn edir. Elə ki vaxt-vədə yetişir, görür ki, yanılıb. Bununla ya barışmalı olur, ya da üsyan edir.
3 Qadının həyat hekayəsi..
Həm də bir gənc qızın sevgi, aldanma, özünütanıma, məsuliyyət, azadlıq hisləri ilə tanışlığı..
Çox gözəl axıcı, marağlı kitab oldu mənim üçün
Ceylan Mumoğlunun "Qurbağa öpüşü"nü oxuyub bitirdim. Əsər haqda bir xeyli rəy oxumuşam bu günə kimi. Bəziləri çox tərifləyiblər, bəziləri kəskin tənqid atəşinə tutublar. Mənə görə isə nə çox təriflənəcək, nə də çoxxx kəskin tənqid atəşinə tutulacaq əsərlərdi. Hekayələrin ümumi texnikası yaxşı idi. Ancaq mövzular pessimist ruhlu idi. Bunu sevə bilmədim. Din mövzusuna çox köklənib və yazıçı öz inancını ortaya qoyaraq təbliğ eləyib sanki, bu baxımdan çox da obyektiv gəlmədi. Bir də kitabın adını niyə məhz Qurbağa öpüşü seçib onu anlaya bilmədim, çünki daha cəlbedici adları olan, daha yaddaqalan hekayələr var idi, məncə. Hər şeyə rəğmən, axıcı və oxunaqlı hekayələr idi. Ümymiyyətlə isə, hekayələrdə öz yolunu axtaran bir yazıçının səsi duyulur. Bu yolda Ceylan xanıma uğurlu, aydın yol diləyirəm!
Əgər məndən keçmişi soruşsalar, yəqin ki, ilk ağlıma gələn atamın nənəsinin ciblərindən noğul, badam, ya da quru meyvələr çıxarması olar. Amma o qadının yarı şaqqasını xatırlayıram. O epizodda tamlıq yoxdu. Dumana bürünmüş əncir ağacı və yarısı görünən tünd yaşıl jaketi olan yarım qol... Bəli, hamımız üçün belədi, keçmiş dağılmış pazl kimi səpələnib yaddaşımızın bucaqlarına... Bu keçmiş bəzən bizim yerimizə qərar verir, ya da qərardan çəkinir. Heyhat, biz bunu hiss etmirik. “Qadının üç yaş” dövrü bizim genetikamızdakı bu yaddaşın önə çıxmasının parlaq ifadəsdir. Bu əsərdə qadınlar vahidləşir, onlar bir vahid olaraq hərəkət edirlər. Onların həyat şəraiti və yetişdikləri mühit fərqli olsa da, qərarları və düşüncələri eynidir. Çünki fərdi yaddaşları heç bir dəyişikliyə uğramadan ötürülüb. Əsərdə bütün qadınlar passiv mübarizə içindədilər. Onlar bu mübarizəni öz nəinki qarşı tərəflə, hətta öz həmcinsləri ilə də aparırlar. Amma yenə manipulyasiyanın qadnın əlində olduğunu görürük. Romanda kişilər ikinci, hətta deyərdim ki, köməkçi obrazlarda təsvir olunub. Bu isə mənim uzun illərdir bəri formalaşmış fikrimə bir daha qadın yazardan dəstəyin gəlməsi idi. Bəli, kişilər möhkəm və təhlükəsiz divarlardır, qadınlar isə o divarlara söykənmiş pərilər. O divarların çatlaması (ya da möhkənlənməsi) yenə dolayısı ilə qadın əməlinin və mübarizəsinin nəticəsi olur. Ardı linkdə: ceylanmumoglu.com/article/ulviyye...