Cəlal Bərgüşad

Sıyrılmış Kılıç Babek author
Author
8.0/10
3 People
25
Reads
2
Likes
1,549
Views

About

Cəlal Bərgüşad 1924-cü il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Orta təhsilini Qubadlı kəndində fəhlə-gənclər məktəbində almış, II dünya müharibəsində iştirak etmiş, ağır döyüşlərin birində kantuziya olduğuna görə tərxis edilmişdir (1943). Bundan sonra Qubadlı rayon daxili işlər şöbəsində VAQ müdiri işləmişdir (1943–1946). Onun "Cənub taydan əsən meh" adlı ilk şeri də Qubadlıda çıxan "Avanqard" qəzetində dərc edilmişdir (1946). Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdir. "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi təyin olunmuşdur (1951). 1958-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləmişdir. Onun ssenarisi əsasında "Çoban Boran", "Göy göl", "Suren Adamyan", "Torpağın ətri", "Çinar yarpağı" televiziya fılmləri çəkilmişdir. "Babək" əsəri Tehranda (1984) farsca, "Qaçaq Nəbi" İstanbulda (1979) türkcə kütləvi tirajla çap olunmuşdur. Xidmətlərinə görə birinci dərəcəli "İkinci Dünya müharibəsi" ordeni (1986) və medallarla təltif edilmişdir. Cəlal Bərgüşad şair Süleyman Rüstəmin bacısıyla ailə qurmuşdur. 1996-cı il iyulun 9-da vəfat etmişdir.
Full name:
Cəlal Novruz oğlu Cavadov
Title:
Yazar
Birth:
Qəzyan, Qubadlı, Azərbaycan, 22 June 1924
Death:
Bakı, Azərbaycan, 9 July 1996

Readers

2 readers liked.
25 readers read.
1 readers are reading.
6 readers will read.
Reklam

Quotes

See All
insan yalnız kendi gücüne inandığı zaman kazanır...
Sayfa 225 - YkyKitabı okudu
Tutkular, insanın ruh zenginliği ve manevi servetidir...
Sayfa 212 - YkyKitabı okudu
Reklam
Reklam