Cəmil Həsənli

İran Neftin Kölgəsində yazarı
Yazar
7.5/10
0 Kişi
8
Okunma
2
Beğeni
1.105
Görüntülenme

Hakkında

15 yanvar 1952, Ağalıkənd, Biləsuvar, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı tarixçi; alim; ictimai-siyasi xadim; tarix elmləri doktoru (1992) — professor (1993); Azərbaycan Ziyalılar Forumunun həmtəsisçisi (2009); Milli Şuranın qurucu üzvlərindən biri (2013); Azərbaycan Respublikasının əməkdar müəllimi (2009), Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin müasir tarixi kafedrası üzrə professoru (1993–2013); Azərbaycan Respublikası Milli Məclisinin II və III çağırış deputatı. Milli Şuranın sədri və lideri. Cəmil Poladxan oğlu Həsənov 15 yanvar 1952-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Cəmil Həsənlinin "Ağ ləkələrin qara kölgəsi" adlı kitabı istər 1918–1920-ci illərin, istərsə də Azərbaycan tarixinin 1920–1930-cu illərinin bir sıra problemlərinin öyrənilməsi baxımından yeni söz idi. İstər bu əsər, istərsə də Azərbaycan Respublikasının 1918–1920-ci illərdəki xarici siyasətinin araşdırılması ilə bağlı monoqrafiya bütövlüklə yeni açılmış arxiv sənədləri əsasında yazılmışdı. 1993-cü ildə nəşr olunmuş "Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918–1920" əsəri bu gün tarixşünaslığımız üçün öz elmi əhəmiyyətini saxlamışdır. Ötən əsrin axırlarından başlayaraq professor C.Həsənli elmi və siyasi baxımdan müstəsna əhəmiyyətə malik olan Güney Azərbaycan problemləri üzərində işləməkdədir. İkinci dünya müharibəsi və müharibədən sonrakı illərdə böyük güclərin Güney Azərbaycanda qarşı-qarşıya gəlməsi 50 il dünyanı səksəkədə saxlayan "Soyuq müharibə"nin məhz Güney Azərbaycandan başlanması barədə müəllifin konsepsiyası təkcə Azərbaycan elmində deyil, dünya tarixşünaslığında yeni hadisə sayıla bilər. Bu mövzu ilə bağlı C.Həsənlinin son illərdə nəşr olunmuş monoqrafiyaları tarix elminin inkişafında böyük hadisə oldu. Müəllifin Güney Azərbaycandakı hadisələri, xüsusilə "21 Azər" hərəkatını "Soyuq müharibə" fonunda təqdim etməsi ona olan beynəlxalq marağı müstəsna dərəcədə artırdı. Bu marağın nəticəsi olaraq prof. C.Həsənlinin Güney Azərbaycanla bağlı elmi monoqrafiyası 2005-ci ildə İstanbulda türkcə, 2006-cı ildə ABŞ-ın Harvard Universitetində ingiliscə və Moskvada rusca nəşr olundu. C.Həsənlinin elmimiz üçün xüsusi əhəmiyyət daşıyan üçüncü araşdırması müharibə və müharibədən sonrakı illərdə Sovet-Türkiyə münasibətləri haqqındadır. Müəllif Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və ABŞ arxivlərindən topladığı yeni açıqlanan sənədlər əsasında maraqlı, iri həcmli monoqrafiya hazırlamışdır. Professor Həsənlinin dərc olunan "Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar (1954–1959)" adlı kitabı daha bir həqiqəti ortaya qoydu ki, Sovet cəmiyyətinin bir görünən, bir də görünməyən tarixi var idi.
Tam adı:
Cəmil Poladxan oğlu Həsənli
Ünvan:
Yazar
Doğum:
Ağalıkənd, Biləsuvar rayonu, Azərbaycan SSR, SSRİ, 15 Ocak 1952

Okurlar

2 okur beğendi.
8 okur okudu.
3 okur okuyor.
7 okur okuyacak.

Okur demografisi

Kadın% 0.0
Erkek% 0.0
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş
Reklam

Alıntılar

Tümünü Gör
Henüz kayıt yok
Reklam