Bu kitabı çoxdan oxumuşdum rus dilində.
Çox dərin duyğularla oxumuşdum və uzun zaman kitab haqqında düşündüm.
Sevgi, məsuliyyət, tale... Böyük və bir o qədərdə ağır sözlərdir.
Həyat, qismət, yaşananlar...
Bütün bunlar çox acınacaqlı, çox ağır gəlir insana.Hələ ki, hamısı bir kitabda, hadisələrdə, yaşananlarda cəmlənərkən..
Qadının sevgisi, sədaqəti, iradəsi, xarakteri və taleyi haqqında təsirli bir hekayədir.
Qəlbin və ağlın mübarizəsini o qədər canlı şəkildə təsvir edib ki yazar..Başqalarının səhvlərindən öyrənməyi öyrənənlər üçün. Öz həyatına kənardan baxmağı bacaranlar üçün bu kitab çox doğru bir seçimdir.
Hər şey düzəldilə bilər və yalnız ölüm dəyişdirilə bilməz...
İnsan, əsl sevgi haqqında inanılmaz bir dərin əsəri oxuyarkən bəzi anlarda ürək parçalanır, ağrılı, kədərli olur. Bəzən isə yaşananlardan insanın ruhu xoşbəxtlik həyacanını və anları qəhrəmanlarla bərabər yaşayaraq reallıqdan uzaqlaşır..
Müəllif isə bütün ruhunu bu kitaba qoyub, təşəkkür edirəm!