Coşqun Həsənzadə

Ayrılıq Da Gözəldir author
Author
0.0/10
0 People
36
Reads
8
Likes
540
Views

About

Title:
Yazar

Readers

8 readers liked.
36 readers read.
11 readers are reading.
125 readers will read.
3 readers left half.
Reklam

Quotes

See All
Belə!
Qəribə olan bilirsiz nədir? Hər gün o qədər şeyi unuduram ki, evə gələndə çörək almağı, atdığım dərmanların ardıcıllığını, bir zamanlar dilimdən düşməyən mahnıların adını, sabah alacağam dediyim ama almağı unutduğum kitabı, işdə görəcəyim işlərin yarısını, siqareti götürüb alışqanı, Maşının yağının dəyişmə vaxtını, səhər yediyim yeməyi unuduram. Qəribə olan bəs nədir deyirsiz? Bu qədər şeyi unudan mən niyə məhz onu unuda bilmirəm? Niyə hər səhər yuxudan duran kimi yadıma düşür? Niyə hər şeyi unudub onu xatırlayıram? Niyə hər axşam yatanda yadıma gəlir məsələn? Niyəsi nə sizdə var nə də məndə, zatən cavab alım deyə yazmadım bunları. Bəs niyə yazdın deyəcək olsanız, inanın ki, heç özümdə bilmirəm. Ehtimal edirəm ki, yavaş yavaş tükənirəm...
Bu sonuncu görüşdü, Gəlmişəm sağollaşaq. Sənə sitəm etmirəm, Gəl, gülüm, halallaşaq. Məndə qalan rəsmini, Gətirmədim biləsən. Sən ki, orda gülürsən, Qoy həmişə güləsən. Bütün sənə yazdığım, Şeirlərə yaxşı bax. Hər sözü bir dərd qoxan, Sətirlərə yaxşı bax. Bu sonuncu görüşdü, Bir də təkrar olmasın. Gedəndə səs salma get, Çalış aşkar olmasın. Sən özünə yaxşı bax, Baxmasam da mən olar. Bağa bax ki, bağ olsun, Baxmasan da mən olar...
Reklam
İnsan bir dəfə doğulur və bir dəfə də ölür. Bu cümlə, əslində, "Hər insan bir dəfə doğulur və bir dəfə gömülür" olsa idi, daha doğru və dəqiq olardı. Çünki bəzi insanlar bir dəfə doğulub, dəfələrlə ölə bilirlər.
İçinə biraz ümid əkilməlidir insanın, su verməsə də, olar. Budaqlanar, yarpaqlayar, çiçək açar.
Sayfa 60 - Xan nəşriyyatKitabı okudu
Bir gün öləcəyinizi hər gün xatırlayaraq yaşayın!

Updates

See All
Ölüm deyil qorxu, qadın, səsini unutmaq var...
Coşqun Həsənzadə
Coşqun Həsənzadə
Ayrılıq həsrəti nə yaman şeymiş, Bəlkə də ölümə bərabər hissdir. Ölümü dadmadan deyə bilmərəm, Qoy ölüm deyərəm, bu ya o pisdir...
Coşqun Həsənzadə
Coşqun Həsənzadə
Reklam
Sevdiyin hər adamı, Mənim kimi sanasan. Sevəsən yanılasan, Mənim qədər yanasan.
Coşqun Həsənzadə
Coşqun Həsənzadə

Comments and Reviews

See All
144 syf.
6/10 puan verdi
·
Liked
Kitab haqqında düşüncələrim.
Kitab axıcı idi. Sadəcə hekayə çox qısa anladılmışdır. Sürətlər daha dolğun, hadisələr və hisslər isə daha geniş təsvir edilə bilərdi. Sanki yazıçı statusa qoymaq üçün mənalı sözlər yazmaq istəyib və bunu bir hekayə ilə taclandırıb. Biz obrazların hisslərini dərindən hiss edə bilmirik. Bir çox hekayə eyni mövzuda yazılır onları bir-birindən ayıran isə obrazlar ,onların seçimləri və süjet xəttidir. Yazıçı çox səthi yazır. Hələ qorxaqdır. Sanki bütün keçirdiyi hissləri kağıza tökməkdən qorxur. Bir balaca cəhd etsə. Özünü qələmin və xəyal gücünün axınına buraxsa gözəl əsərlər yarada bilər. Əsas olan mənalı sözləri birləşdirib bir kitab yaratmaq deyil. Gözəl əsər yaradıb buradan bir cümləni mənalandırmaqdı.
Coşqun Həsənzadə
Coşqun Həsənzadə
Ayrılıq Da Gözəldir
Ayrılıq Da Gözəldir
Ayrılıq Da Gözəldir
Ayrılıq Da GözəldirCoşqun Həsənzadə · Xan Nəşriyyatı · 202416 okunma
144 syf.
3/10 puan verdi
Kitabı heç ama heç sevmedim. Bəlkə də məni oxu tərzimə uyğun deyildi. Əslində boş olanda ocuna bilər amma kitabı qiyməti ilə içindəkilər çox əlasizdir Amma ümumən mənalı ama yersiz şeirlərlə uzadılmış bir kitabdır.
Ayrılıq Da Gözəldir
Ayrılıq Da GözəldirCoşqun Həsənzadə · Xan Nəşriyyatı · 202416 okunma
120 syf.
·
Not rated
·
Read in 1 hours
Hə bir də, Əgər bir kişi ağlayırsa deməli o çarəsiz qalmışdır. Heç gözləmədiyi yerdən vurulmuşdur. Yaşarkən öldürülmüş, yaşamağa məcbur edilmişdir. Hər kəsin içində yox, tək tənha ağlayar kişilər, heç kəsə danışmadan, demədən, hıçqıraraq amma səssiz ağlayar. Heç kəs eşitməz, heç kim bilməz. Ağlamaq da gülmək kimidir, yoluxucudur. Biri sənin yanında ürəkdən ağlasa, sən də ağlayacaqsan, ya onun dərdinə ya öz dərdinə amma ağlayacaqsan. Bir kişi ağladığında deməli, onun ağlamaqdan başqa çarəsi qalmamışdır. Çox can yandırar ağlamaq...
Ölsək Belə Qovuşmarıq
Ölsək Belə QovuşmarıqCoşqun Həsənzadə · Bakı · 202320 okunma