Kitab mənə biraz sıradan gəldi açığı. Sadəcə bir hekayəsini bəyəndim. İki qonşudan birinin məhsulu birindən daha çox olur, daha az məhsul yığan məhsuldar torpağı olan qonşudan anbarını istifadə etmək üçün icazə alır, digəri də icazə verir. Gələcək il yenə məhsulu az olur, yenə istəyir və istifadə edir. Daha sonrakı il məhsulu qəribə şəkildə yaxşı olur, amma bu dəfə də hamısını satır pula çevirir, onsuz da istədiyi zaman qonşunun anbarından istifadə eləyə bilir deyə rahat olur. İllər keçir və sırf qonşusunun anbarından istifadə etməyə davam edir. Bir gün yenə anbardan məhsul almağa gedəndə bu dəfə qapının bağlı olduğunu görür və dərhal qonşusuna “qapını niyə bağladın?!” deyə soruşur. Qonşusu isə “o qapını mən bağlamadım, o qapını mənim sənə olan saf güvənimdən suistifadə edərək sən bağladın” deyir.