Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Fikrət Qoca

Fikrət QocaSeçilmiş Əsərləri yazarı
Yazar
8.0/10
2 Kişi
8
Okunma
8
Beğeni
1.221
Görüntülenme

Fikrət Qoca Sözleri ve Alıntıları

Fikrət Qoca sözleri ve alıntılarını, Fikrət Qoca kitap alıntılarını, Fikrət Qoca en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
ENƏN DEYİLƏM
Səndən, özümdən də daha bezmişəm, Özümün cəzamdı özüm dözmüşəm. Yayından ayrılmış oxam, süzmüşəm. Mən bir də geriyə dönən deyiləm. Huşunu ayıldıb taleyin daşı, Təzədən gözündə olmuşam yaxşı. Leysana dönsə də gözünün yaşı, Sevinən deyiləm, sönən deyiləm. Çarxım çevrilsə də, yatsa da baxtım, Sellər aparsa da demərəm: "axdım”! Görsəm ki, ucalıb göylərə qalxdın, Sən qalxan zirvəyə enən deyiləm.
Sayfa 83
Yaxşı ki...
Yaxşı ki, dünyada yaşayıram mən, Bir insan adını geyib əynimə, Bir insan ömrünü alıb çiynimə, Günlərdən-günlərə daşıyıram mən. Heç mən olmasam da dünya olardı, İnsanlar, qayğılar yenə vardılar. Dünya bir ürəklik kasıblayardı, Dostlar bir dost boyu qısalardılar. Heç mən olmasam da, boş qalmaz yerim, Min Fikrət tapılar tanışa, yada. Mənim öz sevincim, mənim kədərim Yetim qalacaqdı gözəl dünyada. Mənim məhəbbətim bahar kimidir, Nifrətim ən qəddar şaxta, ayazdı. Bütün qapıları döyərdi bir-bir Gecələr yatmağa sizi qoymazdı.
Sayfa 123
Reklam
GÖZƏL DƏRD
Məhəbbətdə taleyin öz nuru var, Gözəl arzu, saf niyyətdi məhəbbət, Var-dövləti neyləyirsən, bəxtəvər, Tükənməyən var-dövlətdi məhəbbət. Vurulursan, adın çıxır yadından, Həzz alırsan alovundan, odundan. Doymaq olmur ağrısının dadından, Şirin-acı həqiqətdir məhəbbət! Sevirsənsə bilinəcək, gizləmə, Heç kəsdən də kömək, vəfa gözləmə. Sən alçalma, kölgə olub izləmə Öz-özünə sədaqətdi məhəbbət. Yanırsan yan, tüstülənmə, alışma, Öz sevgini kimə gəldi danışma. Bu bəladan sağalmağa çalışma, Haqdan gələn gözəl dərddi məhəbbət.
Sayfa 78
YARIMÇIQ İŞ
Yarımçıq iş Nişanlı qalan oğuldu, qızdı. Yarımçıq iş Barsız gələn payızdı. Yarımçıq iş Körpüsü tikilməyən yoldu. Yolu olmayan eldi. Sözü olmayan dildi. Yarımçıq iş Məqsədsiz işdi, Mətləbsiz söyüşdü, Məhəbbətsiz öpüşdü. Yarımçıq iş Tavansız damdı. Göydən düşən Evinə damdı. Qardaş, xülasə Yarımçıq iş Yarımçıq adamdı.
Sayfa 55
Mən başqa bir şeyəm ruhumdakı hökm başqa bir hökmdü.
Sayfa 231 - Şərq-Qərb NəşriyyatıKitabı okudu
Gizli sevgi
Sevgimdən qaçmışam uzaq şəhərə, Burda da həsrətin gəlib dayanıb. Ətrin səpilibdir bütün güllərə, Gözünün rənginə göylər boyanıb. Səninçün dünyada bəlkə yoxam mən, Səni sevdiyimi heç bilməyirsən. Gündüz xəyalımdan, gecə yuxumdan, Bir an da, bir an da çəkilməyirsən. Ürəyim, daşa dön, bu sirri saxla! Bu sevgi, bu bəla hardan enibdi. Bizim taleyimiz evlə, uşaqla Hərəsi bir yana zəncirlənibdi... Ölüncə eşqinlə olacağam mən, Mən sənin ruhunda, qanında varam. Üstünü kül örtmüş bir ocağam mən, Balaca bir mehdən qaynayar yaram.
Sayfa 91
Reklam
Bu Gün
Məhəbbət süzülür torpağa-daşa Çaylar süd rənginə Boyanıb gedir. Bu ay işığından, Bu məhəbbətdən Dağlar ağır ağır ayağa qalxır. Bulağın sevgisi Gözündən axır. Zirvələr az qalır göyə dırmaşa Ürəyim partlayır məhəbbətimdən bu yaz gecəsində, ay işığında, Yolun ortasında, Göz qabağında az qalır ağactək, pöhrəliyim mən.
Sayfa 124
KEÇİB GEDƏCƏK
Keçib gedəcəkdi bu ağrı-acı, bir vaxt olmayacağam xoş gün tamarzısı, kömək möhtacı. Mən sürət götürmüş bir qatar kimi
Sayfa 102
Acı-şirin ağrılar, Ömürdü keçər gedər, Bu dünyada hər nə var, Ömürdən keçər gedər.
Sayfa 209 - Şərq-Qərb NəşriyyatıKitabı okudu
İNFARKT
Ürək doğuldu, böyüdü, yaşa doldu, İnfarkt oldu. Yüz yana yozdular səbəbini, Axtardılar çarəsini də. Əsl səbəbi ani intizar idi "hə" ilə "yox" arasında.
Sayfa 27
51 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.