HƏKİM VƏ XƏSTƏ
Dedilər: ağır xəstədir.
Xəstə lap can üstədir.
Həkim işə girişdi.
Dedi: çox ağır işdir.
Vaxt əridi, gün keçdi,
Həkim lap əldən düşdü.
Xəstə də durub baxır,
Nə ağlamır, nə gülmür.
Həkim yazıq neyləsin?
Xəstə dirənib durub,
Xəstə ölmür ki... ölmür!
"Yuxum gözümdən tökülür
yatmaq istəmirəm.
Bilirəm, yatsam
yenə yuxuma girəcəksən
gözlərində yaş,
Yaxınlaşacaqsan yavaş-yavaş.
Uşaq oyuncaq istəyən kimi
mən səni istəyirəm,- deyib hönkürəcəksən,
Yuxunu da mənə çox görəcəksən..."