Fikrət Qoca

Seçilmiş Əsərləri author
Author
8.0/10
2 People
8
Reads
8
Likes
1,306
Views

Most Liked Fikrət Qoca Posts

You can find Most Liked Fikrət Qoca books, most liked Fikrət Qoca quotes and quotes, most liked Fikrət Qoca authors, most liked Fikrət Qoca reviews and reviews on 1000Kitap.
Səni görməyəydim mən fağır, təki, - Səni görən yazıq, görməyən yazıq. Görməyən dünyada nə görübdür ki, Görən nə çəkmişəm bilir mən yazıq. Əl göydən üzülüb, ayaq da yerdən, Görüb öz başıma iş açmışam, iş. "Kaş ki, görməyəydim" desəm də hərdən, Onu görməyincə mən heç nəyəmmiş...
Fikrət Qoca
Fikrət Qoca
Bu Gün
Məhəbbət süzülür torpağa-daşa Çaylar süd rənginə Boyanıb gedir. Bu ay işığından, Bu məhəbbətdən Dağlar ağır ağır ayağa qalxır. Bulağın sevgisi Gözündən axır. Zirvələr az qalır göyə dırmaşa Ürəyim partlayır məhəbbətimdən bu yaz gecəsində, ay işığında, Yolun ortasında, Göz qabağında az qalır ağactək, pöhrəliyim mən.
Sayfa 124
Reklam
ENƏN DEYİLƏM
Səndən, özümdən də daha bezmişəm, Özümün cəzamdı özüm dözmüşəm. Yayından ayrılmış oxam, süzmüşəm. Mən bir də geriyə dönən deyiləm. Huşunu ayıldıb taleyin daşı, Təzədən gözündə olmuşam yaxşı. Leysana dönsə də gözünün yaşı, Sevinən deyiləm, sönən deyiləm. Çarxım çevrilsə də, yatsa da baxtım, Sellər aparsa da demərəm: "axdım”! Görsəm ki, ucalıb göylərə qalxdın, Sən qalxan zirvəyə enən deyiləm.
Sayfa 83
İNFARKT
Ürək doğuldu, böyüdü, yaşa doldu, İnfarkt oldu. Yüz yana yozdular səbəbini, Axtardılar çarəsini də. Əsl səbəbi ani intizar idi "hə" ilə "yox" arasında.
Sayfa 27
BAŞA DÜŞDÜM
Dedilər; "Səbr elə” səbrə and içdim, Dedilər; "Səbr edən böyükdü, haqdı”. Səbr edib, səbr edib mən başa düşdüm Ən böyük səbirli uzunqulaqdı.
Sayfa 60
Uyusam gözünün qaranlığında, Yeddi günəş yansa, oyanmaram mən.✨
Fikrət Qoca
Fikrət Qoca
Reklam
61 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.