Fikrət Qoca

Fikrət QocaSeçilmiş Əsərləri author
Author
8.0/10
2 People
8
Reads
8
Likes
1,211
Views

Fikrət Qoca Posts

You can find Fikrət Qoca books, Fikrət Qoca quotes and quotes, Fikrət Qoca authors, Fikrət Qoca reviews and reviews on 1000Kitap.
Görə bilmədiyimə yoxdur demirəm. Onlar da görənlərə bəllidir.
Sayfa 226
Reklam
Səni görməyəydim mən fağır, təki, - Səni görən yazıq, görməyən yazıq. Görməyən dünyada nə görübdür ki, Görən nə çəkmişəm bilir mən yazıq. Əl göydən üzülüb, ayaq da yerdən, Görüb öz başıma iş açmışam, iş. "Kaş ki, görməyəydim" desəm də hərdən, Onu görməyincə mən heç nəyəmmiş...
Fikrət Qoca
Fikrət Qoca
Sən mənim ən əziz sirrim, istəyim Sən mənim ən acı həqiqətimsən. İtmiş gəncliyimdən soraq gətirən Sən mənim sonuncu məhəbbətimsən Yaş o yaş deyil ki, yolunu kəsim Yas o yaş deyil ki, açım qəlbimi. Təzədən başlayım, danışım, küsüm On yeddi yaşında cavanlar kimi. Yaş o yaş deyil ki, səni izləyim, Özümü odlara toxuyum yenə. Durub saatlarla vədə gözləyim, Görənlər, bilənlər nə deyər mənə Səni hər görəndə çaşıram düzü Hamı məna baxıb gülür ela bil. Dilimi dişləyib demirəm sözü - Yaş o yaş deyil ki... heyif ki, deyil.
Fikrət Qoca
Fikrət Qoca
Vərdiş elədiyin yolları, işi Soyunub yatırsan, durub geyirsən.
Sayfa 101
“Döşənib torpağa üzü qoyulu, Ayağım altında kölgəm ağlayır.”
Fikrət Qoca
Fikrət Qoca
Reklam
"Gözlərini geniş aç, dünya böyüsün..."
Fikrət Qoca
Fikrət Qoca
Leyli Məcnun rastlaşdı
Mən Məcnunam, sən Leylisən, Məndən bir az gileylisən, Sən brilyant meyllisən, Mən maaşla yaşayıram. Danışıb vermirsən aman, Söhbətimiz tutur yaman, Sən "maşın al" deyən zaman Mən başımı qaşıyıram. Dilin açır səni hər an Dayan gülüm, daha dayan! Mən səni heç almamışdan Tanımışam, boşayıram.
Sayfa 153Kitabı okudu
73 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.