En Eski Fikrət Qoca kitaplarını, en eski Fikrət Qoca sözleri ve alıntılarını, en eski Fikrət Qoca yazarlarını, en eski Fikrət Qoca yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
HƏKİM VƏ XƏSTƏ
Dedilər: ağır xəstədir.
Xəstə lap can üstədir.
Həkim işə girişdi.
Dedi: çox ağır işdir.
Vaxt əridi, gün keçdi,
Həkim lap əldən düşdü.
Xəstə də durub baxır,
Nə ağlamır, nə gülmür.
Həkim yazıq neyləsin?
Xəstə dirənib durub,
Xəstə ölmür ki... ölmür!
"Yuxum gözümdən tökülür
yatmaq istəmirəm.
Bilirəm, yatsam
yenə yuxuma girəcəksən
gözlərində yaş,
Yaxınlaşacaqsan yavaş-yavaş.
Uşaq oyuncaq istəyən kimi
mən səni istəyirəm,- deyib hönkürəcəksən,
Yuxunu da mənə çox görəcəksən..."
Məhəbbətin göylərdən böyük, təmiz,
Başım üstə yaşayır o.
Səndən qalan xatirəm - mavi dəniz,
Böyüklüyün səmadan, bəhərin təmiz,
Səndən qalan xatirəm mavi dəniz,
Əziz dənizim mənim.