Fərid Hüseyn

Fərid HüseynƏlvida Ağacları author
Author
Editor
10.0/10
1 People
11
Reads
4
Likes
999
Views

About

Full name:
Hüseynov Fərid Bəybalaoğlu
Title:
Azerbaycanlı Şair, Yazar
Birth:
Kürdəmir, 10 October 1989

Readers

4 readers liked.
11 readers read.
7 readers will read.
Reklam

Quotes

See All
Sabir Rüstəmxanlı - Sən demə.
Çoxdan gəlməliydin ömrümə, çoxdan, Çoxdan bu taleyə qovuşmalıydım... Mən elə bilirdim bir də qəlbimi, Sevda yağışları daşdada bilməz. Dünyaya təzədən doğulmaq kimi, Təzədən sevmək də baş tuta bilməz... Sən demə, bir addım qalıbmış yaza, Gülüşün gülləri oyadacaqmış. Həsrətlər ömrümdən nə aparıbsa, Səninlə geriyə qayıdacaqmış... Mən hardan biləydim bir gün gələcək, Fəsillər güləcək budaqlarımda. "Sevirəm..." kəlməsi gül ləçəyitək Yapışıb qalacaq dodaqlarımda... Mən hardan biləydim bir an içində, Bir qış axşamında toran içində, Sevincim dumduru göz yaşı kimi, Gözümün içindən sellənə bilər. Saçların səadət yağışı kimi Ovcumun içində göllənə bilər...
Reklam
Bu dünyada yaşamağa ən gözəl yer, elə bilirəm, insan yaddaşıdır.
Bu dolğun həqiqətdən vaxtında duyuq düşən Vaqif Bayatlı Odər yalan dünyada həqiqətən ölməməyin yolunu bir şeirində belə göstərirdi: Düşünürəm öz dalımca, Düşünürəm gözüm dolur... Hamı səni unudanda, Bu yalançı dünyada Ölümlər gerçək olur.
Bu qadın.
Yarıya bilmədim yer adamından, Taladı içimi soyğunçu külək. Bəlkə də, Allahın bir bəxşişidi, Bəxtimə göylərdən gələn bu mələk. Uçuşda qanadım, dilində sözüm, Döyüşdə silahım, ocaqda közüm, Bu qadın, ruhuma dolan bu qadın, Köçümdən yadigar qalan bu qadın... Yarpaq da saralır, çiçək də solur, Amma bu baharım hər an təzə-tər Sən demə, dünyanın hər səadəti Sevgidən başlanar, sevgidə bitər.
Sabir Rüstəmxanlı.Kitabı okudu
Tənzilə xanımın ad gününə.
Ad günün mübarək, sevincim, dərdim, Bu günə ən gözəl duyğumu verdim, Sevgim gül-çiçəkdir, yoluna sərdim, Çiçək yaşındasan, yaşını demə! Bəlkə, bahar gəldin, bəlkə, qış gəldin, Bəlkə, məzarıma soyuq daş gəldin, Nə zaman gəldinsə, mənə xoş gəldin İstək yaşındasan, yaşını demə! Həsrətim sel idi axını sənə, Nə qədər nəğməm var, oxunur sənə, Gülün ləçəyi də toxunar sənə, Kövrək yaşındasan, yaşını demə! Günəş şəfəqindən endirib, bəlkə, Məni bəxt atına mindirib, bəlkə, Allah cənnətindən göndərib, bəlkə, Mələk yaşındasan, yaşını demə!
Sabir Rüstəmxanlı.Kitabı okudu
Qismət Rüstəmov.
Sən başını qaldırıb saçlarını oynatdın, gülümsədin... Bitdim mən, Başladıq biz...

Updates

See All
Ən çox sevdiklərimdən...
Harda qaldı gəlməyənlər, Hara getdi gedənlər? Sənsiz qaldı məndən sonra, Səni bütün sevənlər... Yerdən, yurddan tapılarmı, İtirdiyim adamlar. Gözlərində dayanmışam, Gediləsi haram var? Bu da sonuncu imiş, Hara gəlib çatdım mən? Sən mənim ən gözəl yuxum, Gecən xeyrə, yatdım mən...
Fərid Hüseyn
Fərid Hüseyn
Reklam

Comments and Reviews

See All
152 syf.
4/10 puan verdi
·
Read in 24 hours
Ölüm deyil Ölüm deyil bir qadının yoxluğu. Ən uzağı soyuq yemək deməkdi. Ən ötəsi, həvəssizcə əyninə, Təzə, amma qırış köynək geyməkdi. Nə var onsuz yaşamağa, asandı.
Bir Də Heç Vaxt
Bir Də Heç VaxtFərid Hüseyn · Parlaq İmzalar Nəşriyyat · 04 okunma