Fərman Kərimzadə

Xudafərin Körpüsü author
Author
8.7/10
82 People
299
Reads
38
Likes
3,264
Views

Fərman Kərimzadə Reviews

You can find Fərman Kərimzadə reviews, Fərman Kərimzadə book reviews, Fərman Kərimzadə ratings on 1000Kitap.
389 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 7 days
♧Tarixin silinməz izləri♧
Spoilər ola bilər... Bir tarixçi olaraq tarix əsərlərini oxumağa bu ildən başlamışam doğrusu və yaxşı ki,başlamışam...Xudafərin körpüsü Fərman Kərimzadə yaradıcılığının 3 hissəli əsərlərindən ilkidir.Kitabda Səfəvilər dövründən bəhs edir, Şah İsmayıl Xətainin yaşamını tam şəkildə əks etdirir. Əsərdə onun yaradıcılığa necə başlaması,özünü Sahibi Zaman kimi təqdim etməsi,Şirvanla olan münasibətlər və s. Əks olunub. Azərbaycan tarixinin bu dövrünü bilmək istəyən hərkəsə tövsiyə olunası bir əsərdir. Xoş mütaliələr...♡
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Kitab Klubu Nəşriyyatı · 2019157 okunma
479 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 10 days
"Xudafərin körpüsü" hər cümləsini maraqla oxuduğum romanlardandır. Azərbaycan tarixi,tarixi şəxsiyyətləri haqqında yazılmış mükəmməl roman deyə bilərəm. Çox istəyərdim ki, qardaş ölkədəki kimi Azərbaycanda da tarixi seriallar çəkilə və ən birinci sırada "Xudafərin körpüsü" romanı ola. Sara Xatun, Uzun Həsən, şah 1-ci İsmayıl kimi şəxsiyyətləri yaxından tanımaq şansını bizə bəxş etdiyi üçün Fərman Kərimzadəyə minnətdaram. Əsərdə sevdiyim obrazlardan Qaçaq Murad, Hüsey Lələ yaddaşımda dərin iz qoydu.
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Qanun Nəşriyyatı · 2012157 okunma
Reklam
256 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 5 days
Əsərdə hadisələr XIII-XIV əsrlərdə baş verir. Burada Çingiz xan, Xarəzmşah Cəlaləddin, Əmir Çoban Sulduz haqqında geniş məlumat verilib. Müəllif əsərin yazılmasında əsas mənbə kimi Fəzlullah Rəşidəddinin "Came ət-təvarix"indən istifadə edib. Çox maraqlı, informasiya ilə zəngin və təsirli kitab idi. Gedin, deyin xan Çobana, Gəlməsin bu il Muğana. Muğan batıb nahaq qana. Apardı sellər Saranı, Bir ala gözlü balanı...
Təbriz Namusu
Təbriz NamusuFərman Kərimzadə · Kitab Klubu Nəşriyyatı · 201718 okunma
448 syf.
7/10 puan verdi
·
Read in 8 days
Fərman Kərimzadənin yaradıcılığından oxuduğum ilk kitab olan "Xudafərin körpüsü"ndə Şah İsmayıl Xətainin ana babası Uzun Həsənin dövründən onun hakimiyyətə gəlməsinə qədər olan zaman kəsiyindən söhbət açılır. Əsər çoxşaxəli və axıcı idi. Hadisələr əla işlənmişdi. Amma I hissə daha maraqlı idi. Bir neçə amilə görə kitaba möhtəşəm deyə bilməyəcəyəm. (XXX SPOİLER OLA BİLƏR XXX) 1. Qeyd olunub ki, sən demə, Səfəvilər əslində İmam nəslindən deyillərmiş. Bu fikir məni sarsıtdı... 2. İsmayıla yalandan "Zamanın sahibi" təxəllüsü verilmişdi. Maraqlıdır, görəsən, tarixdə belə bir hadisə olub? 3. Bəzi yerlərdə dinə qarşı sözlər var idi... 4. Aləmşahbəyimin ölümü tarixdəki kimi qələmə alınmamışdı, fikrimcə. Çünki bir sıra mənbələrə görə, o xanım 1522-ci ildə vəfat edib, hətta İsmayılın onu sünni məzhəbli olduğuna görə edam etdiyini deyənlər də var(inanmağım gəlmir bu versiyaya). Bu nüanslara görə əsəri müəyyən qədər bəyənmədim. Amma ümumi olaraq yaxşı idi. Xoş mütaliələr :)
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Kitab Klubu Nəşriyyatı · 2019157 okunma
408 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 7 days
Nə yaxşı ki, bu kitabı oxudum. Tarixi çox sevirəm və ən sevdiyim ölkədə Səfəvilərdi. Əsər çox qəşəngdi. Tariximiz çox gözəl təsvir olunub. Qarlı aşırıma bu gün başlayacam. Əsas da müharibə səhnələri çox gözəl idi.
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Qanun Nəşriyyatı · 2012157 okunma
479 syf.
10/10 puan verdi
Fərman Kərimzadə - Xudafərin körpüsü Yazardan oxuduğum ilk kitab oldu. Dəhşətli dərəcədə bəyəndim. Demək olar ki günümüzdə tədris olunan Vll sinifin tarix fənnində Ağqoyunlu,Ərdəbil hakimliyi haqqında məlumatlar bu kitablarda əks olunanlarda götürülüb. Kitabın mövzusu çox genişdir.1468- çi ildə paytaxtı Təbriz olan Ağqoyunlu dövləti yaranır, Dövlətin yaradıcısı Uzun Həsəndir, ona dövlət işlərinin idarə olunmasında anası Sara Xatun kömək edir. Hətta Ağqoyunlu dövləti ilə Osmanlı dövləti arasında vəziyyət gərginləşəndə Sara Xatun ilk qadın elçi kimi Fateh ll Mehmetin çadırına gedir. Hökmdar Sara Xatuna "ana", Sara Xatun isə hökmdara "oğlum "deyə xitab edir. Uzun Həsənin Trabzon imperiyasının qızı Dəspinə Xatuna Aləmşah adlı gözəl bir qızları olur. Və artıq yetkin yaşa çatanda Aləmşahi Ərdəbil hakimliyi in başçı (həm də bibisi oğlu) Şeyx Heydərə ərə verilir. Bu izdivacdan 3 oğul (Sultanəli, İbrahim, İsmayıl) dünyaya gəlir. Həmin hadisələr baş verərkən artıq Uzun Həsən,Sara Xatun vəfat edir və hakimiyyət uğrunda mübarizələr, hərc-mərclik baş alıb gedir. Hakimiyyətdə olan Yaqub padşah öz bacısı Aləmşahin yoldaşını ( Şeyx Heydəri ) öldürdürür. (Səbəb isə hakimiyyətinə qarşı rəqib görməsi olur). Bacisini və uşaqlarını bağışlayır və İstəxr qalasina həbs edir. Uzun illər bu qalada həbs həyati yaşayırlar. Son hakimiyyətin devrilməsi ilə hakimiyyətə Qızılbaşların əli ilə Rüstəm Mirzə gəlir (aralarındaki müqaviləyə görə Rüstəm taxta çıxacaqdı, qarşılığında isə Şeyx Heydərin ailəsi azadlığa buraxılacaqdi.
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Qanun Nəşriyyatı · 2012157 okunma
Reklam
14 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.