Ürəyim mandarin istədi. Yarısı yaşıl, yarısı sarı mandarinlərdən olsaydı, yeyərdim. Qabığı cod, gec soyulub adamı yoranları deyirəm. Belələrinin içi də ki, söz yox, turş çıxır. Diş vuranda cövhəri gözünə sıçrayır, elə bil üzülmüş dərisindən qanını üstünə tökür.