Mərcimək prebiotiklərlə o qədər zəngindir ki, dostcanlı floranıza ( yaxşı bakteriyalarınıza) əsl ziyafət verir, bu da mədənizi rahatlaşdıran propionat kimi faydalı birləşmələrlə qidalanmağınızı təmin edir
Həddən artıq natrium qəbulu bədəndə su yığılmağına səbəb olur, bədən yığılan artıq su və natriumu orqanizmdən kənarlaşdırmaq üçün qan təzyiqini yüksəldir.
Həzm sisteminiz yediyiniz karbohidratları parçalayaraq onları qlükoza adlandırılan sadə şəkərə çevirir. Qlükoza bədənimizdəki bütün hüceyrələri güclə təmin edən əsas enerji mənbəyidir. Qlükozanın qan dövranından hüceyrələrə nüfuz etməsi üçün insulinə ehtiyac var. İnsulin hüceyrələrin qapısını açan açardır. Qapılar açılır və qlükoza hüceyrələrə daxil olur. Hər dəfə yemək yedikdə mədəaltı vəzi fəaliyyətə keçərək qlükozanın hüceyrələrimizə daşınmağını təmin etmək üçün insulin ifraz edir. İnsulin olmadıqda hüceyrələr qlükozanı qəbul edə bilmir və qlükoza qanımızda yığılmağa başlayır. Vaxt keçdikdə bu əlavə şəkər qan damarlarını zədələyir. Diabetin korluq, böyrək çatışmazlığı, ürək xəstəlikləri və insultla nəticələnməyinin səbəbi də elə budur.
Yüksək qan şəkəri həmçinin sinirləri zədələyərək keyimə, iynəli sancılama, küt ağrı ilə müşahidə olunan neyropatiya adlanan vəziyyətə səbəb olur. Qan damarlarının və sinirlərin zədələnməsi diabetli xəstələrdə zəif qan dövranı və aşağı ətraflarda hissiyyatsızlığa, bu isə öz növbəsində çətin sağalan yaralara, həmçinin amputasiya hallarına səbəb olur.
Bəli, immun sisteminizi gücləndirən, özü də havayı gücləndirən bir şey var. Buna əməl etsəniz, xəstəlik günlərinizin sayını 25-50 faiz azalda bilərsiniz. Özü də ancaq yaxşı əkis-təsirləri var. Bu nədir? İdman!