Elias ömrünün qalan illərini hüzur içində keçirmək üçün, Avusturyanın Braunau qəsəbəsinə köçür. Orada balaca eyni zaman da çox qədim olan evdə yaşamağa başladığı ilk gün, otağındakı döşəmələrdə olan fərqlilik onun diqqətini çəkir. Buradan açılan gizli keçid, heyrətləndirici dərəcədə böyük və qədim kitabxanaya açılır. Yahudi əsilli olan Elias yaşam kitabını kəşf edir və onun həyatı kökdən dəyişir.
Yalnızlıq necə bir hissdir bilirsiz ? Bütün ailəsi alman yahudi müharibəsində həlak olmuş Elias bacısını da itirdikdən sonra daxilən çökür.
Bütün insanlığın gedişatını dəyişmək üçün əlində bir fürsət vardir. O yaşam kitabı ilə səyahət edir.
Siyasəti və fantastikanı özündə birləşdirən bu kitab sizi öz sehirli dünyasının ağuşuna alacaq.
Yalnızlığın insanı gətirdiyi o uc nöqtəni Samak qələmindən oxuyarkən dostluğun, sevginin, sədaqətində insanı necə dəyişdiyinin şahidi oluruq.
Tarixi düşündükdə dəyişmək istədiyimiz hadisələr əlbət vardir.
Amma heçnə səbəbsiz olmur. İnsanlıq tarixində baş verənləri dəyişsək belə sonluğu heçvaxt dəyişə bilmərik.
Dünya var olduqca siyasi iqtisadi məsələlər, təbəqələşmə var olacaq. Bunları dəyişmək üçün bir "yaşam kitabı"na ehtiyacımız yoxdur və ya keçmişə gedib kimisə tarixdən silməyə gərək yoxdur. Hərşəy insanın özündən başlar.
Bu kitaba isə "dark" style, çox əfso bir film çəkilə bilər