Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sirr Kitabı

Gregory Samak
Əgər tarixi, müqəddəratınızı dəyişmək imkanınız olsaydı, nəyi dəyişərdiniz? – Qreqori Samakın “Sirr kitabı” oxucuya bu sualla müraciət edir. Əsərdəki hadisələr günümüzdə cərəyan edir. Elias Ayn tənha, müdrik qocadır, “yaşıdlarının əksəriyyəti kimi, onun da öz vərdişləri və həyatı kifayət qədər dolğun yaşamadığına dair dumanlı təəssüratları var”. Təqaüd yaşına çatanda, “ömrünü dinclik içində yaşamaq, taqətdən düşmüş vücudunun, nəhayət ki, ona xain çıxacağını və ölüm vədəsinin yetişəcəyini gözləmək üçün” Avstriyanın Braunau-am-İnn şəhərciyinə köçərək tənhalığa çəkilir. Lakin təzə evində nəhəng yeraltı kitabxananı kəşf etdikdən sonra maraqsız, tənha həyatı qeyri-adi hadisələr burulğanına çevrilir. Və Elias tənha qocadan tarixin gedişatını dəyişə bilən, zamanda və məkanda səyahət edə bilən bir insana çevrilir. Özündə həmçinin fantastik elementləri birləşdirən bu roman Qreqori Samakın ilk əsəridir. Yazıçı belə deyir: “Bu əsər insanlığa öyüd vermək niyyətindən tamamilə uzaqdır. O, insanın taleyi ilə bağlı suallara toxunur. Bəzi tarixi hadisələr yaddaşlardan silinəndən sonra bizi nə gözləyir? Axı hazırda biz unutqanlıq prosesini yaşayırıq”.
Yazar:
Gregory Samak
Gregory Samak
Tahmini Okuma Süresi: 6 sa. 7 dk.Sayfa Sayısı: 216Basım Tarihi: 2015Yayınevi: Qanun Nəşriyyatı
ISBN: 9789952269420Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
216 syf.
7/10 puan verdi
·
3 günde okudu
İlk dəfə fantastik bir kitab oxumağıma baxmayaraq bəyəndim pis deyildi. Təqaüd yaşına çatmış obrazın yeni bir evə köçməsini və bu evin kitabxanasında baş verən qeyri-adi hadisələri danışır bu kitab. Təsəvvür edin ki, bir kitab var və siz o kitab sayəsində insanları, onların haqqında bütün məlumatları hətda ölüm tarixi və formasını görə bilərsiniz. Bir yerdən sonra obraz bu yazğıya əl atmış və hadisələrin gediş seyrini dəyişmiş olur.
Sirr Kitabı
Sirr KitabıGregory Samak · Qanun Nəşriyyatı · 201548 okunma
Reklam
216 syf.
9/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
• Mövzu : Təqaüd yaşına çatmış bir qoca kişi Avstriyada yeni evə köçür.Lakin bu yeni evin nəhəng yerlaltı kitabxanasını kəşf etdikdən sonra maraqsız, tənha həyatı qeyri - adi hadisələr burulğanına çevrilir.Və o artıq tarixin gedişatını dəyişə bilən , zamanda səyahət edə bilən bir insana çevrilir .. ____________________________________ Kitab elə ilk səhifələrdən insanın marağını çəkir .Normalda fantastik yazılmış kitab sevmərəm amma bu kitab çox maraqlı gəldi və içində olan fantastik dərəcəsi isə insanı narahat etməyən tərzdə idi. Düşünün ki, bir kitab tapmısınız və tarixi ,hansısa keçmişdə olan bir hadisəni dəyişmək imkanınız var və siz nəyi dəyişərdiniz? Heç sıxılmadan sevərək oxuduğum bir kitab oldu..
Sirr Kitabı
Sirr KitabıGregory Samak · Qanun Nəşriyyatı · 201548 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.