Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sirr Kitabı

Gregory Samak

Sirr Kitabı Yorumları ve İncelemeleri

Sirr Kitabı yorumları ve incelemelerini, Sirr Kitabı kitabı hakkındaki okur görüşlerini , Sirr Kitabı puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

7.810 üzerinden
22 Kişi · 2 İnceleme
216 syf.
9/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
• Mövzu : Təqaüd yaşına çatmış bir qoca kişi Avstriyada yeni evə köçür.Lakin bu yeni evin nəhəng yerlaltı kitabxanasını kəşf etdikdən sonra maraqsız, tənha həyatı qeyri - adi hadisələr burulğanına çevrilir.Və o artıq tarixin gedişatını dəyişə bilən , zamanda səyahət edə bilən bir insana çevrilir .. ____________________________________ Kitab elə ilk səhifələrdən insanın marağını çəkir .Normalda fantastik yazılmış kitab sevmərəm amma bu kitab çox maraqlı gəldi və içində olan fantastik dərəcəsi isə insanı narahat etməyən tərzdə idi. Düşünün ki, bir kitab tapmısınız və tarixi ,hansısa keçmişdə olan bir hadisəni dəyişmək imkanınız var və siz nəyi dəyişərdiniz? Heç sıxılmadan sevərək oxuduğum bir kitab oldu..
Sirr Kitabı
Sirr KitabıGregory Samak · Qanun Nəşriyyatı · 201548 okunma
216 syf.
7/10 puan verdi
·
3 günde okudu
İlk dəfə fantastik bir kitab oxumağıma baxmayaraq bəyəndim pis deyildi. Təqaüd yaşına çatmış obrazın yeni bir evə köçməsini və bu evin kitabxanasında baş verən qeyri-adi hadisələri danışır bu kitab. Təsəvvür edin ki, bir kitab var və siz o kitab sayəsində insanları, onların haqqında bütün məlumatları hətda ölüm tarixi və formasını görə bilərsiniz. Bir yerdən sonra obraz bu yazğıya əl atmış və hadisələrin gediş seyrini dəyişmiş olur.
Sirr Kitabı
Sirr KitabıGregory Samak · Qanun Nəşriyyatı · 201548 okunma