Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

"Xan" Xatirə Ədəbiyyatı 9. Kitab

Qafqaz Günləri

Banin

Yorumlar ve İncelemeler

Tümünü Gör
260 syf.
8/10 puan verdi
Həqiqətən çox gözəl, təsirli bir əsər idi. Əslində, az-çox bildiyim bir tarixə nəzər saldım yenə. Həmin dövr insanlarının həyatını hadisələrin birbaşa şahidi olmuş, onları real faktlarla qələmə almağa çalışmış ve obyektiv pəncərədən təhlil etmiş bir xanımın dilindən anlatılan avtobioqrafik bir əsər oxudum. Məncə, özümüzü, tariximizi daha yaxşı
Qafqaz Günləri
Qafqaz GünləriBanin · Xan nəşriyyatı · 200752 okunma
Reklam
260 syf.
8/10 puan verdi
·
4 günde okudu
Qafqaz Günləri...
Həqiqitən çox gözəl bir əsər idi. Həmin dövr insanlarının həyatında baş verən hadisələrin bir başa şahidi olmuş, onları real faktlarla qələmə almağa çalışmış və obyektiv təhlil etmiş bir xanımın dilindən anlatılan avtobioqrafik bir əsər oxudum. Məncə, özümüzü, tariximizi yaxşı başa düşmək adına bu əsəri hər kəs oxumalıdır. Çünki belə baxıram ki,
Qafqaz Günləri
Qafqaz GünləriBanin · Xan nəşriyyatı · 200752 okunma
400 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Banin və onun Qafqaz günləri
Qafqaz Günləri
Qafqaz Günləri
Banin
Banin
Banin müasirlərinin böyük əksəriyyəti kimi milliyətçi və islamist deyil. Özüylə eyni taleyi bölüşmüş bir çox digər keçmiş burjua nümayəndələri kimi keçmişlə yaşamır, xatirələrində haqqında bəhz etdiyi keçmiş Öz’ü aid olduğu dövr kimi tarixə qovuşub. Yazıçı Banin realistdir, öz həyatını özü qurub, əlindən buraxdığı imkanları
Qafqaz Günləri
Qafqaz GünləriBanin · Xan nəşriyyatı · 200752 okunma
260 syf.
·
Puan vermedi
Çox böyük həvəslə almışdım, Azərbaycanlı qadınların biyoqrafiya ya da avtobiyoqrafiyalarına rast gəlmək elə də asan deyil çünki. Kitabı açandan sonra da əlimdən yerə qoymaq istəmirdim. Mənə gözlədiklərimi və daha çoxunu verdi. Ama yuxarıda başqa bir oxucunun yazdıqları ilə razıyam ki, nəyidə gözləsəydim Qafqaza, öz millətinə hətta öz doğma ailəsinə bu qədər böyük və içi boş, anlamsız bir nifrəti heç gözləmirdim. Kitabı deyəsən ən çox da bu maraqla oxuyurdum ki, görəsən bu nifrətin səbəbi hardasa açıqlanacaq ya necə.. Yenə də dövrü bir qadının gözlərindən oxumaq maraqlı idi.
Qafqaz Günləri
Qafqaz GünləriBanin · Xan nəşriyyatı · 200752 okunma
Reklam
260 syf.
3/10 puan verdi
·
9 günde okudu
Dörd fevral başlamışam kitaba və doqquz gün bitirmək üçün mübarizə aparmışam. Kitab 1900-cü illərdən bəhs edir. Azərbaycanı, Fransanı, Rusiyanı təsvir edir. Ümmülbanu adında neft milyonçusu ailəsində dünyaya gələn bir qadının dilindən yazılıb kitab. Qafqazı əhatə edən uşaqlığının təsvirini oxuyarkən çox əsəb keçirdim. İki sözündən biri Qafqazlıları - şərqliləri, müsəlmanları pisləmək idi. Qeyd edim ki, qadına görə şərqli, müsəlman, Qafqazlı hamısı sinonimdir. Özü də şərqli olmasına baxmayaraq, Qafqazlıların çirkin yaratıq olduqlarını söyləməkdən kitabın sonuna qədər geri qalmadı. Ümumiyyətlə, nə qədər pis xüsusiyyət, pis görünüş varsa, hamısı şərqlilərə aid edilir. Cinsəlliklə bağlı bir çox kitablarda paraqraflarla qarşılaşsam da, kitabda təsvir olunan cinsəllik isə tamam başqa cür idi. Uşaqlar arasında baş verən cinsəlliyin açıq və rahat yazılması məni narahat etdi. Kitabdan elə də çox şey öyrənməsəm də, 1900-lərdə yaşaya bilməyəcəyimi dərk etdim. Bütün mənəvi dəyərləri alt-üst olmuş insanın dilindən kitabı oxumaq dəhşət yorucu idi. Kitabı yazanı tənqid etmək istəmirdim, amma bu qədər iyrənc və kəskin təsvirin lazımsız olduğunu düşünürəm. Zənnimcə, kitabı 17 yaşından yuxarı kütlənin oxuması məqbuldur. Bəzi valideynlər sırf Azərbaycan dilində olduğu üçün nə oldu alırlar, ona görə də bu yaş məsələsini qeyd etməyi özümə borc bildim. Psixologiyaya pis təsir edən yerləri göstərdiyim yaşdan aşağı kütlənin oxuması lazımi və yararlı deyil.
Qafqaz Günləri
Qafqaz GünləriBanin · Xan nəşriyyatı · 200752 okunma
260 syf.
7/10 puan verdi
·
Beğendi
·
53 günde okudu
Qafqaz Günləri Azərbaycan əsilli bir fransızın avtobioqrafiyasıdır. Banin romanda həm öz həyatını, həm ailə münasibətlərini, özlərinin ən aydınlıq və qaranlıq tərəflərini, Azərbaycan bayramlarını, adət-ənənələrini, Azərbaycanda o dövr baş verən hadisələri, qırmızı ordunun Bakıya daxil olduğu günləri, Azərbaycanda müasirləşmə mərhələsini və s. qüsursuz şəkildə təsvir etmişdir. Sürükləyici bir roman oldu. Təşəkkürlər, Banin!
Qafqaz Günləri
Qafqaz GünləriBanin · Xan nəşriyyatı · 200752 okunma
260 syf.
·
Puan vermedi
Baninin oxuduğum ikinci kitabı. Bu isə özünün yəni - Bir Azərbaycanlı qadının avtobiografiyasıdır. Çox böyük həvəslə başlasam da elə də sevə bilmədim, səbəbsiz amma nifrət dolu bir həyat hekayəsi idi.
Qafqaz Günləri
Qafqaz GünləriBanin · Xan nəşriyyatı · 200752 okunma
336 syf.
10/10 puan verdi
·
Beğendi
My opinion
İnsanların qadını obje olaraq görməsi, qadından sadəcə faydalanmaq istəmələri və s. Nədənsə Bolşevik əsgəri olsada A.Massarinə vuruldum. Ümmül Banu onu elə qəşəng təsvir edibkiiii. Həqiqətən çox gerçəkçidir və sadəcə gənc Azərbaycan xanımının gözündən olan dünyanı təsvir edib. Öz həyatının ayrıntıları mənə çox hiss etdirdi. Ruhun şad olsun Ümmül
Qafqaz Günləri
Qafqaz GünləriBanin · Qanun Nəşriyyatı · 202352 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.