Gülzar İbrahimova

Bir Zalim Sah Vardı yazarı
Yazar
6.5/10
3 Kişi
8
Okunma
0
Beğeni
605
Görüntülenme

Hakkında

Gülzar İbrahimova 1958-ci il 21 dekabrda Zəngəzur mahalının Mehri rayonu Əldərə kəndində müəllim ailəsində anadan olub[1]. 1959-cu ildə ailəsi ilə birlikdə Bakıya köçüb. (1965-1975) Oktyabr (Yasamal) rayonundakı 13 saylı orta məktəbdə oxuyub. 1977-ci ildə AzXTİ - nin (indiki İqtisadiyyat Universiteti) sənayenin planlaşdırılması fakültəsinin axşam şöbəsinə daxil olub və 1982-ci ildə bitirib. Ailəlidir. 1978-ci ildən 18 il Bakı 1 saylı tikiş fabrikində çalışıb. Həmin fabrikdə əvvəl hesablayıcı-texnik, sonra iqtisadcı-mühəndis, iqtisadcı-hüquqşünas vəzifələrində işləyib. Daha sonra komsomol komitəsinin raykom hüquqlu katibi işləyərək 10000-dən çox gəncə rəhbərlik etmişdir. 1995-ci ildə Yasamal rayon İcra Hakimiyyətinə rayon Başçısının məsləhətçisi vəzifəsinə dəvət edilib və az bir müddətdən sonra İcra Hakimiyyəti mətbuat xidmətinin rəisi vəzifəsi də ona həvalə olunub[2]. 1998-ci ildə ixtisas üzrə işləmək istəyi Gülzar xanımı Bakı Əmtəəşünaslıq Universitetinə aparıb çıxarıb. Universitetdə dərs dediyi dövrdə Yasamal rayon Vergi idarəsinin hesabat şöbəsində də işləyib. 2003-cü ildə seçki kompaniyası zamanı Yasamal rayonu Secki Dairəsinə katib seçilir. Və eyni dövrdə məqalələrlə qəzet və jurnallarla əməkdaşlığa başlayır. Yazdıqları oxucusunu tez tapdığını görüb daha da həvəslənir. 2004-cü ildən 2011 ilə qədər ANS PRESS Nəşriyyat evində çalışaraq BALA DİLİ jurnalı yarandığı gündən ona rəhbərlik edərək şef-redaktoru olub. Hazırda "Kiçik Dünya" uşaqların maariflənməsinə kömək ictimai birliyinin təsisci və idarə heyətinin sədridir. İctimai Birliyin nəzdində açılmış "Sehrli Dünya" uşaq jurnalının baş redaktorudur. Uşaqları maarifləndirmə yolunda böyük layihələr həyata keçirir. Roman, povest, hekayə, nağıl, mənsur şeir, miniatür, şer, təmsil, tapmaca, yumoristik hekayə və bir çox səpgidə yazılar yazaraq uğurlu nəticələr əldə edir. Uşaqlara olan məhəbbətindən ilk əvvəl (2000 ildə) yalnız nağıllar kitablarını çap elətdirib. Az bir müddətə sevilən "Nağıllar" kitabı nağılçı qadına yaradıcılıq yolu açır. Ya uşaqlar, ya da böyüklər üçün yazdığı hər bir yazısını çap elətdirmədən öncə tanınmış alimlərlə, dilçilərlə, folklorşünaslarla, professorlarla - ( prof.Qara Namazov, yazıçı İlyas Tapdıq, Əli Səmədli, şair Ənvər Nəzərli, yazıçı Fikrət Sadıq), prof.Şahin Fazıl, şair Oqtay Rza ilə məsləhətləşir, sonra onu ürəklə çap etdirir. 90 - dan çox kitabın müəllifidir. Mütəmadi Uşaq evlərinin balaları ilə görüş keçirir, kitablarından onlara hədiyyə edir, əlindən gələni etməyə çalışır. Tez-tez rayonlarda yaşayan uşaqlarla, əsasən cəbhə bölgəsində yaşayan oxucularla görüşlər keçirir, onlara kitablarından, "Sehrli dünya" jurnalları hədiyyə edir. Yaratdığı "Sehrli dönya" jurnalının Yutub kanalına 15000 abunəçisi və 4 900 000 (dörd milyon doqquz yüz minə yaxın) baxış, var. Orda uşaqlar üçün nağıllar, hekayələr, cizgi və video filmlər yerləşdirilib. (gulzaribrahimova.com), (sehrlidunya.com) uşaq saytlarının təşəbbüskarı, müəllifi və baş redaktorudur. Rəngarəng, maraqlı, səsli nağıllarla zəngin saytlar kiçik və böyük yaşlı uşaqlar üçün maraqlıdır. İbahimova Gülzar Hidayət qızı Yazıçılar arasında mənsur şeir yazarı kimi, uşaqlar arasında nağıl yazarı - "Gülzar nənə" kimi tanınır və sevilir. Uşaqlar üçün dəyərli layihələr həyata keçirir. Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin, Mətbuat Şurasının üzvüdür. Həsənbəy Zərdabi mükafatçısıdır. BDU-nun professoru Qara Namazovun rəhbərliyi ilə təşkil edilmiş komissiya araşdırmalarından sonra Gülzar İbrahimova müasir uşaq yazıçısı kimi (2007-ci il) Bakı Dövlət Universitetinin "Azərbaycan Uşaq Ədəbiyyatı" dərsliyinə salınmışdır. Hazırda "Sehrli Dünya" uşaq jurnalının baş redaktorudur. Bir yazıçı kimi Azərbaycan balalarının maariflənməsi yolunda yorulmadan çalışır.
Unvan:
Yazar
Doğum:
Əldərə, Zəngəzur mahalı, 21 Aralık 1958

Okurlar

8 okur okudu.
3 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Henüz kayıt yok
Reklam