Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Haim Shapira

9.5/10
4 Kişi
37
Okunma
2
Beğeni
828
Görüntülenme

Hakkında

Haim Shapira, İsrailli bir matematikçi, piyanist, konuşmacı, filozof ve oyun teorisyenidir . İbranice yazıyor ve kitapları İngilizce, İspanyolca, Almanca, Portekizce, İtalyanca, Rusça ve Korece'ye çevrildi
Unvan:
Matematikçi
Doğum:
Litvanya, 1962

Okurlar

2 okur beğendi.
37 okur okudu.
6 okur okuyor.
26 okur okuyacak.
1 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
“…bir zamanlar hər şeyin daha yaxşı olduğunu fikirləşmək axmaqlıqdır.”
Sayfa 225Kitabı okudu
“Xoşbəxtlik kəpənək kimidir, arxasınca qaçsan ,onu heç vaxt tuta bilməzsən , fikrindən danışıb sakitcə otursan ,o,özü gəlin çiyninə qonacaq”.
Reklam
Əgər dünyanı dəyişmək istəyirsənsə, “dünyada görmək istədiyin dəyişiklik ol.”
Sayfa 219Kitabı okudu
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
240 syf.
9/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
•Kitab zövq alaraq və əylənərək oxuduğum kitablardan biri oldu. Adından göründüyü kimi xoşbəxtliklə bağlı olmağına baxmayaraq, əslində, kitab bizə xoşbəxt olmağı vəd etmir.Əksinə, burada bizə bir çox fikirlər, düşüncələr, maraqlı faktlar göstərərək beynimizdə sualların yaranmasına səbəb olur, amma bu sualların heç birinin cavabları verilmir.Kitab da məhz bunun üçündür ki, bizim beynimizdə yaranan bu suallara öz fikir və düşüncələrimiz ilə cavablar tapaq.Kitabı özünü inkişaf kitabları ilə səhv salmamaq lazımdır, sadəcə burada bizə həyata dair maraqlı faktlar irəli sürülür. •Kitabda ən marağımı çəkən hissə “Balaca Şahzadə” və “Vinni Pux”la bağlı olan söhbətlər idi.Əslində bu hissələri oxuyarkən bir az məyusluq hissi keçirdim..çünki bu qəhrəmanlarla bağlı bir çox şeyi yadımdan çıxarmışdım.Amma kitabı bitirdikdən sonra, təkrardan filmlərinə baxmağın da gec olmayacağını bilirəm.Sizə məndən kiçik bir tövsiyə kitaba başlamamışdan öncə baxmağınız daha effektli ola bilər. :)
240 syf.
9/10 puan verdi
·
Beğendi
·
13 günde okudu
Ən çox alıntı etdiyim kitab oldu bu kitab. Kitabda adından da bəlli olduğu kimi xoşbəxtlik və bəzən heç önəm vermədiyimiz kiçik şeylərdən söhbət açılır. Psixoloji bir kitab olsa da sizi qətiyyən yormayacaq və sıxmayacaq. Kitabdakı məlumatlarla yanaşı yazarın onları anlatma şəklini də çox sevdim mən (bir çox şeyi satirik və əyləncəli tərzdə qələmə alıb). Onu da qeyd edim ki, kitabda bol-bol Vinni Pux və Balaca şahzadə fəlsəfəsindən bəhs olunur. Həmçinin digər yazarlardan xeyli alıntılar da yer alıb. Yazar həmin fikirlərə öz mövqeyindən şərhlər verib. Şəxsi inkişaf kitablarından çox daha faydalı olacaq bir kitabdır :)
240 syf.
8/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Xoşbəxtlik?!
İnsan daim və davamlı olaraq xoşbəxtlik axtarışında özünü yorur. Müxtəlif vaxtlarda biz bunun haqqında düşünür və bir qərara gələ bilmədikdə ümidsizliyə qapılır, ovqatımız pozulur. Ancaq durmaq və azca düşünmək kifayət edir.. Mən ümumiyyətlə xoşbəxt olmağa məcburam? Xoşbəxtlik axtarışında olmağın önəmi varmı? Yaşamaq, duymaq, hiss etmək var oluşun məğzidir. Çox şey tələb edilmir, dünyanı gör, ona bax, nəzər yetir ətrafına. Əlbəttə, çətindir günümüzdə aram olmaq, sakit tərzdə ömür sürmək. Ancaq bunu hər bir fərd kəşf etməlidir, edə də bilər. Kitab bir növ fərqindəlik verir, stoplamaq və yenidən baxış üçün fasilə qoyur.