Həkimə Billuri

Apar Məni O Yerlərə yazarı
Yazar
7.5/10
0 Kişi
0
Okunma
0
Beğeni
438
Görüntülenme

Hakkında

Tam adı:
Billuri Hökümə (Həkimə) İbrahim qızı
Doğum:
Zəncan, 3 Mart 1926
Ölüm:
Bakı, 22 Kasım 2000
Reklam

Alıntılar

Tümünü Gör
QALSAYDIN
Yanımda qalsaydın, ey gülü-rəna, Həyatım başqa bir məna alardı, Yanımda qalardı sevinc daima, İlhamım həmişə mənim olardı. Təbəssüm uçmazdı dodaqlarımdan, Qalardı əməyə sonsuz məhəbbət, Məni tərk etməzdi bir də heç zaman, İnsanın bəzəyi sevinc, səadət. Ürəkdən əbədi həsrət uçardı, Gəzib dolaşmazdım bir də mükəddər, Ələmim həmişə məndən qaçardı, Gözümdə gülərdi geniş üfüqlər. Lakin nə etməli, taleyim demək Səni məndən alıb uzağa salmış, Sevincim olmuşdur köçəri quştək Kədərim həmişə yanımda qalmış. İlhamım səninlə uçub gedəndə Sonsuz sevincimi alıb apardı. Rahatlıq arxanca qaçıb gedəndə Qəlbimi köksümdən sanki qopardı. Ürəyim həmişə, hər zaman səni, Hər yerdə özünü, sözünü anmış, Gülüşlər səninlə tərk etmiş məni, Gözümdə qəmlərin alovu yanmış. Qayıt gəl, sevgilim, qayıt bir axşam, Ayrılıq dərdini səhər çəkmişəm. Ümidlər həmdəmim olsa da müdam, Hicranın əlindən nələr çəkmişəm. Ayrılıq qapımı döyəndən bəri Tale gülməmişdir üzümə bir an.
Sayfa 155
Geceye Notum
Romans
Dünən gecə sevincim uca dağlar aşırdı, Bu gün isə kədərim olmuş dənizlər qədər. Dünən qəlbim əbədi qəmlə vidalaşırdı, Bugün onu yenə də qarşılayır mükəddər. Dünən qəlbim bir anlıq xoşbəxt sandı özünü, Məhrəm oldu nəfəsim isti yar nəfəsilə. Dünən eşqi dinlədim nəvazişlər içində, Şirin yuxuya getdim onun zümzüməsilə. Dünən illər həsrəti qəlbimdən uçdu, getdi, Bu gün isə əbədi köçüb getdi, getdi yar. Fəqət acı göz yaşı bir də şirin xatirə Qaldı mənə, o gündən, o gecədən yadigar.
Sayfa 143
Geceye Notum
Reklam
Reklam