Həkimə Billuri

Seçilmiş Əsərləri yazarı
Yazar
0.0/10
0 Kişi
0
Okunma
0
Beğeni
233
Görüntülenme

Həkimə Billuri Sözleri ve Alıntıları

Həkimə Billuri sözleri ve alıntılarını, Həkimə Billuri kitap alıntılarını, Həkimə Billuri en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
QALSAYDIN
Yanımda qalsaydın, ey gülü-rəna, Həyatım başqa bir məna alardı, Yanımda qalardı sevinc daima, İlhamım həmişə mənim olardı. Təbəssüm uçmazdı dodaqlarımdan, Qalardı əməyə sonsuz məhəbbət, Məni tərk etməzdi bir də heç zaman, İnsanın bəzəyi sevinc, səadət. Ürəkdən əbədi həsrət uçardı, Gəzib dolaşmazdım bir də mükəddər, Ələmim həmişə məndən
Sayfa 155
XƏZƏR SAHİLİNDƏ DÜŞÜNCƏLƏR
Dənizi, sahili çox sevir ürək, Ağ qanadlı qağayı səsli, Dəniz nəfəsli Sahildə Xoşbəxt oluram gerçək. Ürəkdə dərdim olmur azacıq. Axşamın gümüşü sularında Üzdükcə qayıq
Sayfa 193
Reklam
Romans
Dünən gecə sevincim uca dağlar aşırdı, Bu gün isə kədərim olmuş dənizlər qədər. Dünən qəlbim əbədi qəmlə vidalaşırdı, Bugün onu yenə də qarşılayır mükəddər. Dünən qəlbim bir anlıq xoşbəxt sandı özünü, Məhrəm oldu nəfəsim isti yar nəfəsilə. Dünən eşqi dinlədim nəvazişlər içində, Şirin yuxuya getdim onun zümzüməsilə. Dünən illər həsrəti qəlbimdən uçdu, getdi, Bu gün isə əbədi köçüb getdi, getdi yar. Fəqət acı göz yaşı bir də şirin xatirə Qaldı mənə, o gündən, o gecədən yadigar.
Sayfa 143
HƏYAT LÖVHƏLƏRİ
İstərəm hər axşam yanında qalım, Başını sinəmin üstünə alım, Öpüm gözlərindən mən dönə-dönə, Baxım camalına, baxım üzünə. Duyğular sinəmdə alışıb yanır, Qəlbimdə min arzu birdən oyanır. Səni ki, sevirəm illərdir, illər, Bunu yaxşı bilir, duyur ki, ellər. Sən mənə doğmadan doğmasan, gülüm, Səninlə ağlayım, səninlə gülüm. Sən ki, həyatıma bir dürdanəsən, İki, üç deyilsən, sən bir danəsən. Ayrılan zamanda illərlə səndən, Səni başqasına dəyişmədim mən. Qəlbim bir, hissim bir, duyğum bir oldu. Hicranın əlində peymanələrtək Ürəyim daima boşalıb doldu.
Sayfa 161
TAPARDIM SƏNİ
Dünyada ən gözəl anları belə Əbədi saxlamaq olmaz heç zaman. Fəqət xatirələr yaşayır elə, Bəzən keçmişilə yaşayır insan. Şirin xatirələr acı anlarda, İnsan ürəyinə bir dayaq olur. Acı xatirələr çətin zamanda Həyatın özünə bir sınaq olur... Səni itirdiyim günlərin üstdən Boranlar, tufanlar, yellər keçsə də, Fəqət xatirəni unutmadım mən. Gözümden
Sayfa 156