Hüseyn Telman oğlu Əlili 2003-cü ildə Cəlilabad rayonunun Göytəpə kəndində anadan olub. 2009-cu ildə Bakı Atatürk Liseyində ibtidai təhsilə başlayıb. Uşaq yaşlarından tarixə və yazıya böyük maraq göstərən müəllif 8-ci sinifdə ilk məqaləsini qələmə alıb və bir müddət sonra üç məqaləsi yayımlanıb. 2020-ci ildə yenidən fərqli mövzularda məqalələri Azərbaycan və İngilis dillərində yayımlanıb; onlardan "Difai" haqqında olan yazısı türk dilində məşhur "Türk Dünyası Tarih Dergisi" adlı jurnalda çap olunub. Hadisələri Azərbaycan tarixinin önəmli dövrlərinin birində cərəyan edən "İki Seçim" adlı roman müəllifin ilk əsəridir.