Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İlqar Kamil

İlqar KamilYerlə Göy Arasında yazarı
Yazar
8.0/10
48 Kişi
153
Okunma
38
Beğeni
2.918
Görüntülenme

İlqar Kamil İletileri

İlqar Kamil iletilerini, İlqar Kamil okur görüşlerini 1000Kitap'ta bulabilirsiniz.
Həyatın məqsədi
Getdiyin yolun, yol bitdikdən sonra yanlış olduğunu anlamaq və ya görmək çox üzücüdür, bəzən də fəlakətdir. Belə hal baş verməməsi üçün, özünü və qərarlarını sorğu-sual edəndə obyektiv olmaq lazımdır (əgər edirsənsə).İnsan beyninin belə bir xüsusiyyət var; Yanlış etmək ehtimalımız ağlımıza gələndə beyin öz seçimlərimizi müdafiə edir , fərqli anlamlar verir və haqq qazandırmağa çalışır.Sanki bizi uyuşturur.Heç dünyanın hay-küyü, bər-bəzəyi, manipulyasiyası və s. buna imkan vermir Bu prosesin müxtəlif səbəbləri var. 1)Beyin heç vaxt səhv çıxmaq istəmir 2)Bu seçilmiş yolda irəliləyib deyə əziyyətinin boşa çıxmağını qəbullanmır 3)Səhv etməyin ətrafdan utancı və yeni qərarı həyata keçirməyin əziyyəti Hətta ünsiyyət tənqid və qınaq formatında olarsa beyin avtomatik özünü müdafiəyə keçir və o ünsiyyət boyu özünü müdafiə edir (tənqidə açıq insanlar istisna) Onda fəlakət olur ki,bu seçim həyata anlam verən seçimlərdən olsun
İlqar Kamil
İlqar Kamil
gözəl təsvir edib - Hə, əzizim, gün gəlir, anlayırsan ki, bir addıma dəyməz şeylərin ardınca düz bir ömür qaçmısan... Sən də bazar piştaxtalarında boy-boy sərilmiş hər hansı bir qəzetsən: axşam düşüb, alver bitib və bazara soxulan avara külək indi də səni piştaxtanın üzərindən qopardıb ayaqlar altına salmağa çalışır... Yerində-yurdunda olmamaqdan Allaha sığınıram!
Həzrət Eşq
Həzrət Eşq
Axtarmaq
Ölmüş Adamın Kitabı
Ölmüş Adamın Kitabı
'da təxmini belə bir hekayə var idi.Bir kişi dəmiri qızıla çevirən daşı axtarır.Buna görə belinə zəncir bağlayıb, yerdə gördüyü daşları götürüb zəncirə sürtür.Bu ümidlə kəndləri gəzib dolaşır.Bəzi kəndlərdə uşağlar kişiyə sataşır, onun başını qatır..Nəhayət bir dəfə görür ki, zəncir qızıla çevrilib.Amma xəbəri olmur ki, hansı daş zənciri qızıla çevirib. İnsan axtarmağa fokuslananda tapmağı çətinləşir.Axı axtarmağla tapmaq fərqli şeylərdir.Bəzən insanın axtarıb araşdırmağının səbəbi sırf araşdırmağı özünə vəzifə seçməyidir(borc bilməyi).Yəni burada məqsəd tapmaq deyil, məhz axtarmaqdır(dəb)....Ona görə də hekayədəki kişinin başına gələn nəticə bizədə şamil olur.Bəlkə də ona görə öyrəndiklərimizi tez unuduruq.Müəllim sinifə sual-cavaba girəndə az qala deyək ki, nə olar birinci məndən soruş yoxsa əzbərlədiklərim yaddan çıxacaq.. Bilik bir başlığ altında birləşməyəndə, yəni pərakəndə olanda fayda vermir, tez unudulur(hətta zərərli ola bilər). İnformasiyalar beyində bir-birilə əlaqələnəndə (hipokampdan keçəndə) gec unudulur və təkrar edəndə də tez yada düşür. Təklif edirəm ki, bildiklərimizi qurcalayaq.Bəlkə axtardığımızı buradan tapdıq.Nə də olsa
İlqar Kamil
İlqar Kamil
demişkən: öyrənməkdən daha çox bildiyimizə əməl etməyə borcluyuq
Reklam
Sözün düzü
Ürəyə etibar yoxdu, özün öyrən döyünməyi...
İlqar Kamil
İlqar Kamil
axı sən niyə beləsən...
Məsələn, elə gözəl ağlayırsan ki ağlatsammı bir də? qəddar-qəddar düşünürəm hərdən. Elə gözəl darıxırsan ki, gülüm, adam çıxmaq istəmir gizləndiyi yerdən.
İlqar Kamil
İlqar Kamil
Sükut dili
💛🌻 Sən özün də yorulmusan, bilirəm səssizlikdən vücudun əldən düşüb; mənə qalsa... aman Allah, bu nədir?! Axx, gözəlim, sükutuna "dən" düşüb?! Daha bəsdir, sükutunla vidalaş, qoy dilinə çiçək düzək, gül düzək; axşam düşüb, darıxıram yenə mən tez bir ovuc cümlə götür, gəl bizə.
İlqar Kamil
İlqar Kamil
Hava soyuyanda sevinərdim yadındamı? Əllərimi nəfəsinlə isitmək var idi axı... Hava yenə soyuqdu və sən yenə yoxsan Niyə yoxsan?... Bilə-bilə darıxıram sənin üçün gəlmən üçün darıxıram sənin üçün bilmən üçün darıxıram sənin üçün... Bəs sən, bilirsənmi?
İlqar Kamil
İlqar Kamil
Reklam
Ürəyə etibar yoxdur, Özün öyrən döyünməyi...
İlqar Kamil
İlqar Kamil
Səni düşünürəm ki, yağış yağsın Səni düşünürəm ki, hava açsın, Günəş doğsun. Səni düşünürəm, Səni... Unuduram ki, Səni düşünmək günəşdir elə, Küləkdir Səni düşünmək, Yağışdır;
-dua kimi oxuduğum, hardasan? sənsiz yenə qəribsəyib təkliyim. nəsə belə fərqli oldu, ağır oldu bu qürub, niyə getdin, ay içimə nəfəs kimi çəkdiyim?
İlqar Kamil
İlqar Kamil
Ən çox sevdiklərimdən...
Cırtdan it hürən tərəfə gedərsə... Allah ömür verə, müdriklik yaşına çatasan, övladlarını qarşına qoyub belə nəsihətlər də verəsən onlara; məsələn, soyuq bir qış gecəsi, çırta-çırtla yanan odun sobasının böyründə, çiyninizdə damalı yun ədyal oturub bir kitablıq susduqdan sonra deyəsən ki, şəxsiyyətini hər şeydən üstdə tut, oğlum, yoxsa dostlar da
43 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.