Sonra birdən bir isti əl toxunacaq çiynimə,
qorxa-qorxa çevriləcəm,
baxacam ki, Tanrıdır.
Sevinəcəm, ağlayacam,
deyəcəm ki, İlahi...
Sus, deyəcək.
Mən bilirəm,
Bilirəm haran ağrıyır.
Ölmüş Adamın Kitabı'da təxmini belə bir hekayə var idi.Bir kişi dəmiri qızıla çevirən daşı axtarır.Buna görə belinə zəncir bağlayıb, yerdə gördüyü daşları götürüb zəncirə sürtür.Bu ümidlə kəndləri gəzib dolaşır.Bəzi kəndlərdə uşağlar kişiyə sataşır, onun başını qatır..Nəhayət bir dəfə görür ki, zəncir qızıla çevrilib.Amma xəbəri olmur ki, hansı daş zənciri qızıla çevirib.
İnsan axtarmağa fokuslananda tapmağı çətinləşir.Axı axtarmağla tapmaq fərqli şeylərdir.Bəzən insanın axtarıb araşdırmağının səbəbi sırf araşdırmağı özünə vəzifə seçməyidir(borc bilməyi).Yəni burada məqsəd tapmaq deyil, məhz axtarmaqdır(dəb)....Ona görə də hekayədəki kişinin başına gələn nəticə bizədə şamil olur.Bəlkə də ona görə öyrəndiklərimizi tez unuduruq.Müəllim sinifə sual-cavaba girəndə az qala deyək ki, nə olar birinci məndən soruş yoxsa əzbərlədiklərim yaddan çıxacaq..
Bilik bir başlığ altında birləşməyəndə, yəni pərakəndə olanda fayda vermir, tez unudulur(hətta zərərli ola bilər). İnformasiyalar beyində bir-birilə əlaqələnəndə (hipokampdan keçəndə) gec unudulur və təkrar edəndə də tez yada düşür.
Təklif edirəm ki, bildiklərimizi qurcalayaq.Bəlkə axtardığımızı buradan tapdıq.Nə də olsa
İlqar Kamil demişkən: öyrənməkdən daha çox bildiyimizə əməl etməyə borcluyuq
Getdiyin yolun, yol bitdikdən sonra yanlış olduğunu anlamaq və ya görmək çox üzücüdür, bəzən də fəlakətdir.
Belə hal baş verməməsi üçün, özünü və qərarlarını sorğu-sual edəndə obyektiv olmaq lazımdır (əgər edirsənsə).İnsan beyninin belə bir xüsusiyyət var; Yanlış etmək ehtimalımız ağlımıza gələndə beyin öz seçimlərimizi müdafiə edir , fərqli anlamlar verir və haqq qazandırmağa çalışır.Sanki bizi uyuşturur.Heç dünyanın hay-küyü, bər-bəzəyi, manipulyasiyası və s. buna imkan vermir
Bu prosesin müxtəlif səbəbləri var.
1)Beyin heç vaxt səhv çıxmaq istəmir
2)Bu seçilmiş yolda irəliləyib deyə əziyyətinin boşa çıxmağını qəbullanmır
3)Səhv etməyin ətrafdan utancı və yeni qərarı həyata keçirməyin əziyyəti
Hətta ünsiyyət tənqid və qınaq formatında olarsa beyin avtomatik özünü müdafiəyə keçir və o ünsiyyət boyu özünü müdafiə edir (tənqidə açıq insanlar istisna)
Onda fəlakət olur ki,bu seçim həyata anlam verən seçimlərdən olsun
İlqar Kamil gözəl təsvir edib
- Hə, əzizim, gün gəlir, anlayırsan ki, bir addıma dəyməz şeylərin ardınca düz bir ömür qaçmısan... Sən də bazar piştaxtalarında boy-boy sərilmiş hər hansı bir qəzetsən: axşam düşüb, alver bitib və bazara soxulan avara külək indi də səni piştaxtanın üzərindən qopardıb ayaqlar altına salmağa çalışır...
Yerində-yurdunda olmamaqdan Allaha sığınıram!
💛🌻
Sən özün də yorulmusan, bilirəm
səssizlikdən vücudun əldən düşüb;
mənə qalsa...
aman Allah, bu nədir?!
Axx, gözəlim,
sükutuna "dən" düşüb?!
Daha bəsdir, sükutunla vidalaş,
qoy dilinə çiçək düzək, gül düzək;
axşam düşüb, darıxıram yenə mən
tez bir ovuc cümlə götür,
gəl bizə.
Hava soyuyanda sevinərdim
yadındamı?
Əllərimi nəfəsinlə isitmək var idi axı...
Hava yenə soyuqdu
və sən yenə yoxsan
Niyə yoxsan?...
Bilə-bilə darıxıram sənin üçün
gəlmən üçün darıxıram sənin üçün
bilmən üçün darıxıram sənin üçün...
Bəs sən,
bilirsənmi?