İlqar Kamil

Yerlə Göy Arasında yazarı
Yazar
8.0/10
48 Kişi
154
Okunma
38
Beğeni
3.084
Görüntülenme

İlqar Kamil İletileri

İlqar Kamil iletilerini, İlqar Kamil okur görüşlerini 1000Kitap'ta bulabilirsiniz.
Gözlərimi qapatdım ki, gizlənəsən, ağlayaq "Alma" desəm gələcəkdin, "Alma" dedim, gəlmədin. Hanı birgə əl sallayıb öpəcəkdik qürubu axşam düşdü, ay göründü, su duruldu, gəlmədin... Söylə indi kainatın hansı məhbəsindəsən? Söylə görüm bulud varmı, yağış varmı orda da? heç olmasa, ax insafsız, əllərin də yoxdu
Cavabı olmayan sual - Vətən yaxşıdır! Orucluq ayının qədr gecələrindən biridir, sübh-obaşdan saat 3-də məsciddən qayıdıram, QAİ kəsdi maşnımın qabağını: saxla! Saxladım. “Gecənin bu vaxtı hardan belə?” -deyə əməkdaşlardan biri əsnəyə-əsnəyə yaxınlaşıb soruşdu. Halım-kefim yerindəydi, qayıtdım ki, yoldaş kapitan, Qədr gecəsindən gəlirəm. Bir də
Reklam
Ən çox sevdiklərimdən...
Gözəlliyin donu haqqında Bir gün Xacə (Nəsirəddin Tusi) öz şagirdi ilə səfərə çıxıbmış. Axşam düşür, naəlac, çadırlarını qurub, səhrada gecələməli olurlar. Gecənin tən yarısı Xacə yuxudan ayılıb, şagirdini dirsəkləyir: oğlum, qalx gör nə görürsən? Diksinir şagird, yarı yuxulu, gözlərini ova-ova göyü vəsf etməyə başlayır: İlahi, ustad, necədə
Ən çox sevdiklərimdən...
Bir müdrik gələ uzaqlardan halımıza baxa, baxa... deyə ki, heç nə yaxşı-filan olan deyil, nə var, budur: sevməyi öyrənin!..
İlqar Kamil
İlqar Kamil
Oruc olsaydım əgər mən, səni Ay zənn eliyərdim, Səni gördükdə içib su, daha iftardı deyərdim...
İlqar Kamil
İlqar Kamil
Günəş uzaqlaşdıqca dünya eşq rəngli qara donunu geyinir. Səma yer kürəsi üçün minlərlə şam yandırır; nə romantik! Mənimsə, aç ağuşunu, gülüm, sənə yuxum gəlir... Gözüm yoruldu saymaqdan: görəsən göyün üzündəki ulduzlar çoxdur, yoxsa yerin dibindəki adamlar?!
İlqar Kamil
İlqar Kamil
Reklam
Sonra birdən bir isti əl toxunacaq çiynimə, qorxa-qorxa çevriləcəm, baxacam ki, Tanrıdır. Sevinəcəm, ağlayacam, deyəcəm ki, İlahi... Sus, deyəcək. Mən bilirəm, Bilirəm haran ağrıyır.
İlqar Kamil
İlqar Kamil
Ən çox sevdiklərimdən...
Sevgi göstərilən deyil, gizlədilə bilməyəndir.
İlqar Kamil
İlqar Kamil
("Polad necə bərkidi", səh. 30.)
Hər dəfə tərk eləyib sən sinəmə dağ çəkmə Bu qədər dağı dağa çəksələr, heç dağ dözməz.
İlqar Kamil
İlqar Kamil
Ən çox sevdiklərimdən...
Avtobusa gecikən yazı Balacayıq, bap-balaca; evimizin böyründə əlini başının altına atıb arın-arxayın uzanan Viləş çayının günəşin təcavüzünə məruz qalmış isti-ilıq sularında sitilləyə-sitilləyə, gözümüz qızaranacan çimən qayışbaldır vaxtlarımızdır. Təndirxanadayıq. Məndən də balaca iki qardaşıma qoşulub qışqıra-gülə anamızı incidirik:
47 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.