İsa Həbibbəyli

XX Əsrin Əvvəlləri Azərbaycan Yazıçıları author
Author
Editor
0.0/10
0 People
4
Reads
1
Likes
438
Views

About

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti (2013), filologiya elmləri doktoru (1996), professor (1997), Azərbaycan Respublikasının əməkdar elm xadimi (1999), AMEA-nın həqiqi üzvü (2003). Həyatı İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə Naxçıvan MSSR-in Şərur rayonunun Danzik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Əməkdar elm xadimidir. 1971-ci ildən Şərur rayonunda kənd orta məktəbində müəllim işləmişdir. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor, 1996-cı ildən 2013-cü ilə qədər[1] isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır. 2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. III, IV və V çağırış Azərbaycan Milli Məclisinin millət vəkili olmuşdur. Hal-hazırda VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.[2] Ailəsi Ailəlidir, 3 övladı var. Elmi fəaliyyətinin əsas göstəriciləri AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında «Ədəbiyyat nəzəriyyəsi» ixtisası üzrə təhsil almışdır (1974-1978). «XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası» mövzusunda namizədlik ( 57.15.01 - Ədəbiyyat nəzəriyyəsi) (1980), «Cəlil Məmmədquluzadə: mühiti və müasirləri» (5716.01 - Azərbaycan ədəbiyyatı tarixi;) mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1996). Filologiya elmləri doktoru, professordur (1997). 2001-ci ildə AMEA-nın müxbir üzvü (ixtisasın adı: Azərbaycan ədəbiyyatı) , 2003-cü ildə isə AMEA-nın həqiqi üzvü (ixtisasın adı: Ədəbiyyatşünaslıq) seçilmişdir. 2001-ci ildən Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür. 2006-cı ildə BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, 2010-cu ildə Amerika Bioqrafiya İnstitutunun akademiki seçilmişdir. 89 kitabın, 1428 məqalənin, 212 xaricdə çap olunmuş elmi məqalənin müəllifidir. 29 elmlər namizədi, 4 elmlər doktorunun elmi rəhbəri olmuşdur. Kitablarıː 12 monoqrafiyanın, 1 orta məktəb dərsliyinin, 2 dərs vəsaitinin, 28 broşüranın, 21 tərtib kitabının müəllifidir. Əsərləri Azərbaycan dilindən başqa ingilis, fransız, rus, türk, ərəb fars, urdu, bolqar və macar, litva və b. dillərində çap olunmuşdur. Tədqiqat sahəsi Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsidir. ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya, Türkiyə, Almaniya, Cənubi Koreya, İspaniya, İran, İraq, Bolqarıstan, Avstriya, Misir Ərəb Respublikası, Tunis, Ukrayna, Pakistan, Macarıstan, Qazaxıstan, Gürcüstan, Monqolustanvə başqa ölkələrdə rəsmi səfərlərdə olmuş, beynəlxalq simpozium, qurultay və konfranslarda elmi məruzələrlə çıxış etmişdir.
Full name:
İsa Əkbər oğlu Həbibbəyli
Title:
Yazar
Birth:
Noraşen rayonu, Naxçıvan MSSR, 16 October 1949

Readers

1 readers liked.
4 readers read.
Reklam

Quotes

See All
Təhsil alın ki, cahilləri idarə edəsiz, təhsil almasanız əksi olacaq, cahillərin əlinə baxmalı olacaqsız.
Reklam

Updates

See All
Henüz kayıt yok

Comments and Reviews

See All
Henüz kayıt yok