İslam Ağayev

İslam Ağayev"Molla Nəsrəddin"in poetikası author
Author
0.0/10
0 People
2
Reads
0
Likes
179
Views

About

Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor, yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. İslam Məmməd oğlu Ağayev 1932-ci il avqust ayının 20-də Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. İlk təhsilini Bülbülədə 79, 208 və Sabunçu rayonundakı 51 nömrəli fəhlə-gənclər məktəbində almışdır. 1952–1957–ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsində təhsil almışdır. 1957–1960-cı illərdə Azərbaycan Dövlət kitabxanasında baş biblioqraf işləmişdir. 1960-cı ilin iyun ayında Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutuna kiçik elmi işçi vəzifəsinə dəvət edilmişdir. 1964-cü ildə "Satirik Zənbur jurnalı" mövzusunda namizədlik, 1984-cü ildə "Molla Nəsrəddin" jurnalı və XX əsrin əvvəlləri Azərbaycan Ədəbiyyatının ideya - bədii inkişafı problemləri" mövzusunda elmlər doktoru dərəcəsi adı almaq üçün dissertasiya müdafiə etmişdir. Bu vaxta kimi, XIX əsrin sonları – XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və dövri mətbuatının tarixi, şəxsiyyətləri, ideya və nəzəri problemləri mövzusunda 15 kitabi, 150-dən artıq məqaləsi dərc edilmişdir. Hazırda çap olunmaqda olan çoxcildli "Azərbaycan ədəbiyyatı tarixi" kitabının müəlliflərindən biridir. 1976–1987-ci illərdə dərc edilmiş 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası"nın əsas məqalə və 2004–2005-ci illərdə dərc edilmiş 2 cildlik "Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası"nın baş redaksiya heyətinin üzvü və əsas məqalə müəlliflərindəndir. 27 yanvar 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Full name:
İslam Məmməd oğlu Ağayev
Title:
Yazar
Birth:
Bakı, Azərbaycan, 20 August 1932
Death:
Bakı, Azərbaycan, 27 January 2014

Readers

2 readers read.
Reklam

Quotes

See All
Henüz kayıt yok

Updates

See All
Reklam
Henüz kayıt yok

Comments and Reviews

See All
Henüz kayıt yok