4.1/10
3 Kişi
16
Okunma
0
Beğeni
546
Görüntülenme

Hakkında

Filologiya elmləri doktoru, professor. Kamran Dadaş oğlu Məmmədov 21 dekabr 1922-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbin yeddiillik sinfini bitirdikdən sonra, 1936-1938-ci illərdə Bakı Pedaqoji Texnikomunda təhsil almışdır. O, təhsilini Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində davam etdirmişdir. Kamran Məmmədov 1938-1941 illərdə bu ali məktəb ocağında oxumuşdur. O, 1941-1942 illərdə II Dünya Müharibəsində iştirak etdiyi üçün təhsilini yarımçıq qoymağa məcbur olmuş, 1943-cü ildə ağır yaralandıqdan sonra hərbi qospitalda müalicə almışdır. Daha sonra Kamran Məmmədov 1943-1945 illərdə ali təhsilini Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) başa vurmuşdur. Kamran Məmmədov 1944-1945 illərdə Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində ədəbi redaktor, 1945-1947 illərdə Uşaqgəncnəşrdə şöbə müdiri, 1945-1951 illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA Nizami adına Ədəbiyyat İnstitutu) Dil və Ədəbiyyat İnstitutunda aspirant, elmi işçi işləmişdir. Kamran Məmmədov eyni zamanda 1948-1952 illərdə Pedaqoji Xarici Dillər İnstitutunda baş müəllim işləmişdir. Kamran Məmmədov Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunda (indiki AMEA Nizami adına Ədəbiyyat İnstitutu) bir müddət baş elmi işçi vəzifəsində çalışdıqdan sonra, 1961-1986 illərdə "XX əsr Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1986-cı ildən ömrünün sonuna kimi Nizami adına Ədəbiyyat İnstitutunda elmi məsləhətçi olmuşdur. Kamran Məmmədov "Əməkdar elm xadimi" (1982), "Qabaqcıl maarif xadimi"(1982)fəxri adlarına layiq görülmüş, "Şərəf nişanı", 2-ci dərəcəli Vətən müharibəsi ordenləri və medallarla təltif olunmuşdur. O, Azərbaycan və Türkiyə Ensiklopediyalarının üzvüdür. Kamran Məmmədovun rəhbərliyi altında 12 namizədlik dissertasiyası müdafiə edilmiş, 70-ə qədər namizədlik və doktorluq dissertasiyalarına rəsmi opponent olmuşdur. Kamran Məmmədov 6 aprel 1989-cu ildə Bakıda vəfat etmişdir. Elmi fəaliyyəti Kamran Məmmədovun XIX-XX əsrlər Azərbaycan ədəbiyyatına dair monoqrafik tədqiqatları, ədəbi-tənqidi məqalələri vardır. O, 1971-ci ildə Azərnəşrdə çap edilən ikicildlik Əbdürrəhim bəy Haqverdiyevin "Seçilmiş əsərləri"nin, 1984-cü ildə nəşr olunan Qasım bəy Zakirin "Seçilmiş əsərləri"nin tərtibçisidir. Kamran Məmmədov üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin (1957-1960) müəlliflərindən biridir. Kamran Məmmədov eyni zamanda bədii nəsr, xatirə və publisistikaya aid əsərlərin də müəllifidir.
Tam adı:
Kamran Dadaş oğlu Məmmədov
Unvan:
Yazar
Doğum:
Şuşa, Şuşa qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ, 21 Aralık 1922

Okurlar

16 okur okudu.
4 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Mirzə Şəfi Vazeh
Min ev yıxıb, tikirsiniz bir boş minarə, Ərşə çıxıb, yetmək üçün pərvərdigarə.
Sayfa 49 - Mücrü Nəşriyyatı
Reklam