Tarixdə əbədi yaşayan və dağ kimi vüqarlı olan bir neçə şəhid bacısı və iki şəhid anası Zeynəb (ə) ibn Ziyadın qarşısında açıq-aşkar şəkildə demişdi: “Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim”. Yəni şəhidlik bizim üçün səadətdir. O, İmam Hüseynin (ə) yaralanmış bədənini əlləri ilə qaldıraraq dedi: “Pərvərdigara! Bu qurbanı bizdən qəbul et”.